Sakit İsmayılov
Sakit İsmayılov (1985–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Sakit İsmayılov | |
---|---|
İsmayılov Sakit İsmayıl oğlu | |
Sakit İsmayılov. | |
Doğum tarixi | 7 yanvar 1985 |
Doğum yeri | Beşevlər (indiki Aran) kəndi, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 13 oktyabr 2020 (35 yaşında) |
Vəfat yeri | Ağdərə rayonu, Azərbaycan |
Dəfn yeri | Dovşan düzü qəbiristanlığı, Şəki, Azərbaycan |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Uşaqları | Xəyal və Mələk |
Anası | Güldərən |
Həyat yoldaşı | Gülmira İsmayılova |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2003–2004; 2010–2020 |
Rütbə | kiçik çavuş |
Təltifləri |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
7 yanvar 1985-ci il tarixdə Şəki rayonunun Beşevlər (indiki Aran) kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1991 – 1999-cu illərdə Aran kənd orta məktəbində,
1999 – 2002-ci illərdə isə Şəki Peşə Kollecində təhsil alıb.
21 yanvar – 10 aprel 2010-cu il tarixlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MAHHXHQ hazırlıq kursu keçib.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
2003-cü ildən – 2004-cü ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olub.
10 aprel 2010-cu il tarixdən “N” saylı hərbi hissədə manqa komandiri vəzifəsində xidmətə başlayıb.
2020-ci ilədək müxtəlif hərbi hissələrdə manqa komandiri vəzifəsində xidmətini davam etdirib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib.
Şəhid olması Vizual/Mobil redaktə
13 oktyabr 2020-ci il tarixdə – 35 yaşında, Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.
23 oktyabr 2020-ci il tarixdə Şəkidəki Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı (26.06.2013)[1];
- 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı (26.06.2019)[1];
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[2];
- “İgidliyə görə” medalı — ölümündən sonra (24.06.2021)[3];
- “Suqovuşanın azad olunmasına görə” medalı — ölümündən sonra (24.06.2021)[4].
Ailəsi Vizual/Mobil redaktə
2004-cü ildə anası vəfat edib.
Ailədə iki qardaş, bir bacı olublar.
2006-ci ildə ailə qurmuşdu, şəhid olarkən bir oğlu və bir qızı vardı.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : SAKİT İsmayıl oğlu İsmayılov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
Video-çarxlar Vizual/Mobil redaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |