Valeh Hacıyev (1932–1983) — tanınmış memar və pedaqoq, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun rəsm və incəsənət kafedrasının baş müəllimi. Qarabağ bölgəsində, Şəki, Qax və Zaqatala rayonlarında bir sıra tarixi abidələrin bərpasında, həmçinin Azıx mağarasının tədqiqatlarında yaxından iştirak etmişdir.

Valeh Hacıyev
Hacıyev Valeh Məhəmmədsaleh oğlu
Valeh Hacıyev
Valeh Hacıyev.
Doğum tarixi 15 fevral 1932(1932-02-15)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 yanvar 1983 (50 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Qurd qapısı qəbiristanlığı, Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Azərbaycan Politexnik İnstitutu, memarlıq fakültəsi (–1957)

 • Azərbaycan KP MK Marksizm-Leninizm Universiteti(–1979)
Həyat yoldaşı Sevil
Evladları Nailə, Sevinc və Hidayət
Adının digər versiyaları Валех Гаджиев, Валеһ Һаҹыјев

Haqqında məlumatlarRedaktə

15 fevral 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1957 ildə Azərbaycan Politexnik İnstitutun memarlıq fakültəsini,

1979-cu ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini bitirib.

Əmək fəaliyyətiRedaktə

1960-cı illərdən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun rəsm və incəsənət kafedrasında baş müəllim vəzifəsində çalışıb.

İctimai aktivliyiRedaktə

1965-ci ildən Memarlar İttifaqının üzvü olub.

VəfatıRedaktə

20 yanvar 1983-cü il tarixdə – 50 yaşında, Bakıda vəfat edib. Bakıda Qurd qapısı qəbiristanlığında dəfn olunub.

DigərRedaktə

Tanınmış tikinti mütəxəssisi və SSRİ kateqoriyalı basketbol hakimi Xalid Hacıyevin qardaşı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın əmisidir.

Aidiyyəti linklərRedaktə

  1. П.Басти. Вопреки режиму, или как удалось Борису Ревазову завуалировать под орнамент здания надпись на арабском : [arx. 18.09.2023] : [rus.] // Anl.az. — 2022. — 1 декабря. — Müraciət tarixi: 18.09.2023.