Vasif Quluzadə (1939–2020) — coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi.

Vasif Quluzadə
Quluzadə Vasif Ələsgər oğlu
Vasif Quluzadə
Vasif Quluzadə.
Doğum tarixi 17 avqust 1939(1939-08-17)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 27 dekabr 2020 (81 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ→ Azərbaycan
İş yeri AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, aparıcı elmi işçi
Elmi dərəcəsi coğrafiya elmləri namizədi
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi (–1966)

Azərbaycan SSR EA Coğrafiya İnstitutunun aspiranturası (1971–1974)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

17 avqust 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1947 – 1957-ci illərdə əvvəl Nuxa şəhər 10 №-li orta məktəbində, sonra isə Nuxa şəhər 5 №-li orta məktəbində təhsil alıb.

1966-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirib.

1971 – 1974-cü illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunun aspiranturasında təhsilini artırıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1969-cu ildən Türkmənistan SSR Geologiya İdarəsinin Quqitank geoloji-kəşfiyyat ekspedisiyasında geoloq vəzifəsində çalışıb.

1971-ci ildən Azərbaycan SSR EA Coğrafiya İnstitutunda işləyib; o cümlədən,

1969 — 1984-cü illərdə kiçik elmi işçi,

1984-cü ildən böyük elmi işçi vəzifəsini tutub.

Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasında, bakalavr və magistr pilləsində ixtisas fənlərdən mühazirələr oxuyub.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

1982-ci ildə «Kiçik Qafqazın şimal-şərq hissəsinin morfostrukturları, onların quruluş və inkişaf xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

62 elmi əsərin və 18 elmi hesabatın müəllifidir.

Vəfatı Vizual/Mobil redaktə

27 dekabr 2020-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Quluzadə Vasif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 346-347. — 1.000 nüsx.
  2. Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Quluzadə Vasif Ələsgər oğlu // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı:  204. — Səh.: 153. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
  3. "Coğrafiya İnstitutunun fəlsəfə doktorları: Quluzadə Vasif Ələsgər oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 31 Jul 2017 – 1 Dec 2020 tarixində arxivləşdirilib.

Bildiriş Vizual/Mobil redaktə