Changes

Səhifəni 'Kateqoriya:S{{Dövlət xadimi | azərbaycan dilində adı = Soltan Əzizov | adın orijinalı = Soltan Hümmət oğlu Əzizov | portret...' ilə yarat
[[Kateqoriya:S]]{{Dövlət xadimi
| azərbaycan dilində adı = Soltan Əzizov
| adın orijinalı = Soltan Hümmət oğlu Əzizov
| portret = Soltan Əzizov.jpg
| portretin ölçüsü = 300
| izah =

| titul = Şəki Rayon Partiya Komitəsinin birinci katibi
| bayraq = COA Azerbaijan SSR.png
| bayraq2 = Flag of Azerbaijan SSR.svg
| dövr əvvəl = 1950
| dövr son = 1953
| sələfi =
| xələfi =
| titul_2 = [[Ağdam]] Rayon Partiya Komitəsinin birinci katibi
| sıra nömrəsi_2 = 2
| bayraq_2 = COA Azerbaijan SSR.png
| bayraq2_2 = Flag of Azerbaijan SSR.svg
| dövr əvvəl_2 = 1962
| dövr son_2 = 1963
| sələfi_2 =
| xələfi_2 =
| titul_3 = [[Sabirabad]] Rayon Partiya Komitəsinin birinci katibi
| sıra nömrəsi_3 = 4
| bayraq_3 = COA Azerbaijan SSR.png
| bayraq2_3 = Flag of Azerbaijan SSR.svg
| dövr əvvəl_3 = 1963
| dövr son_3 = 1966
| sələfi_3 =
| xələfi_3 =

| doğum tarixi = 1920
| doğum yeri = Şəki
| vəfat tarixi = 2009
| vəfat yeri = Bakı
| ölüm səbəbi =
| atası =
| anası =
| həyat yoldaşı =
| uşağı =
| mükafatları = "Lenin" ordeni, Üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, "Şərəf Nişanı" ordeni
}}

'''Soltan Hümmət oğlu Əzizov''' (1920-2009) — dövlət xadimi, Şəki, Ağdam və Sabirabad Rayon Partiya Komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovtinin deputatı, Azərbaycan SSR Mərkəzi Komitəsinin üzvü, Sovxozlar naziri.
== Həyatı ==

Soltan Əzizov 1920-ci il dekabrın 18-də Şəkidə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Şəki Kənd Təsərrüfatı Texnikumununda təhsilini davam etdirmiş və aqronom ixtisasına yiyələnmiş və Şəki rayonunun Böyük Dəhnə kolxozunda sahə aqronomu kimi əmək fəaliyyətinə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağırılmış, İkinci Dünya Müharibəsi başladıqdan sonra qulluq etdiyi hərbi hissədə rota komandirinin müavini vəzifəsində ön cəbhədə vuruşaraq Brest, Kursk, Oryol və başqa ərazilərin düşməndən azad edilməsində, həmçinin məşhur “Baqration” əməliyyatının həyata keçirilməsində, Berlin şəhəri də daxil olmaqla Avropanın bir neçə ölkələrinin azadlıqları uğrunda gedən döyüşlərdə qəhramancasına iştirak etmişdir. Döyüş meydanında göstərdiyi şücaətə görə Soltan Hümmət oğlu Əzizov iki dəfə “Qırmızı ulduz”ordeni,1-ci və 2-ci dərəcəli Böyük Vətən Müharibəsində xidmətlərinə görə ordenləri, Kensberqin, Berlinin və digər zəbt olunmuş yerlərin alınmasına görə medallarla təltif edilmişdir.

Soltan Hümmət oğlu Əzizov 2009-cu ildə uzunsürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

== Fəaliyyəti ==

1946-cı ildə ordudan tərxis olunduqdan sonra Vətənə qayıdan S.Əzizov 1946-1953-cü illərdə Şəki Rayon Partiya Komitəsində şöbə müdiri və birinci katib vəzifələrində işləmişdir.

1953-1956-cı illərdə Moskvada Ali Partiya məktəbində təhsil aldıqdan sonra 1959-cu ilədək Azərbaycan KP MK-da məsul təşkilatçı, birinci katibin köməkçisi olmuş, MK-nin inzibati orqanlar, plan-maliyyə və ticarət şöbəsinə rəhbərlik etmişdir.

1959-63-cü illərdə Ağdam RPK-nın, 1963-66-cı illərdə isə Sabirabad RPK-nın birinci katibi vəzifəlırində çalışmış, 1966-cı ildə bacarıqlı təşkilatçı və yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi kimi Respublika əhəmiyyətli işə irəli çəkilmiş, 1982-ci ilədək Meyvə-tərəvəz, çay, subtropik bitkilər üzrə Dövlət Komitəsinin sədri, Sovxozlar naziri və tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunan sahələrin inkişaf etdirilməsinə, Respublikamızın iqtisadiyyatının yüksəldilməsinə və daha da irəli getməsinə böyük əmək sərf etmiş S.Əzizovun xidmətləri yüksək qiymətləndirilmiş, o, bir çox orden-medallarla, fəxri fərmanlarla mükafatlandırılmışdır.

S.Əzizov dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərindəki küçələrdən birinə S.Əzizovun adı verilmişdir.

S.Əzizov təqaüdə çıxdıqdan sonra da ölkəmizin siyasi-ictimai həyatında fəal iştirak etmiş, Respublika Ağsaqqallar Şurasının üzvü, "Qayğı" Cəmiyyəti sədrinin birinci müavini və Azərbaycan müharibə, əmək və Silahlı Qüvvələr təşkilatının rəyasət heyətinin üzvü olmuşdur. Göstərilən təşkilatların işində fəal iştirak etmişdir.

== Mükafatları ==
*"Lenin" ordeni
*Üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni
*"Şərəf Nişanı" ordeni və bir çox orden-medallar.

== İstinadlar ==
{{İstinad siyahısı}}
[[http://www.anl.az/down/meqale/525/2013/fevral/293835.htm Ağdamın birinciləri]]
[[Kateqoriya:Ağdam Rayon Partiya Komitəsinin birinci katibləri]]
[[Kateqoriya:Sabirabad Rayon Partiya Komitəsinin birinci katibləri]]
[[Kateqoriya:Şəki Rayon Partiya Komitəsinin birinci katibləri]]