Changes

Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}{{Şəxs |Adı = Abid Əfən...' ilə yarat
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]{{Şəxs
|Adı = Abid Əfəndiyev
|Tam adı = Əfəndiyev Abid Məmməd oğlu
|Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz-->
|Şəkil = Abid_Əfəndiyev.jpg
|Şəklin ölçüsü = 140
|Şəklin izahı = Abid Əfəndiyev
|Digər adı = Abid Efendiyev, Абид Әфәндијев, Абид Эфендиев
|Doğum tarixi = {{Doğum tarixi|1878||}}
|Doğum yeri = [[Nuxa]] (indiki Şəki), Yelizavetpol quberniyası, {{Rusİmp}}
|Vəfat tarixi = {{Vəfat tarixi|1946||}} (67 yaşında)
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Vətəndaşlığı =
|Həyat yoldaşı =
|Uşağı =
|Partnyoru =
|Atası =
|Anası =
|Milliyəti =
|Dini =
|İxtisası =
|Təhsili =
|Fəaliyyəti =
|Fəaliyyət illəri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|Saytı =
|Commons =
}}
'''Abid Əfəndiyev''' (1878–1946) — Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk illərindən müxtəlif məsul vəzifələr tutmuş tanınmış hümmətçi və ictimai-siyasi xadim. [[Nuxa qəzası|Nuxa qəza]] inqilab komitəsinin sədri, Nuxa rayon icraiyyə komitəsinin sədri və s. vəzifələrdə çalışmışdır.

==Haqqında məlumatlar==
1878-ci ildə [[Nuxa|Nuxada]] (indiki Şəki), xırda alverçi ailəsində anadan olub. 1901-ci ildə ailəvi Aşqabad şəhərinə köçüblər.

===Təhsili===
İbtidai təhsilini Nuxa şəhər məktəbində alıb.

===Siyasi fəaliyyəti===
Birinci rus inqilabı illərində inqilabi hərəkata qoşulub və Aşqabad dəmir yol fəhlələrinin tətilinin təşkil edilməsində iştirak edib, Aşqabad qarnizonu hissələrində təşviqat işi aparıb. Hökumət orqanları tərəfindən təqib edildiyinə görə Mərv şəhərinə köçüb.

1914-cü ildə Mərvdə siyasi fəaliyyətinə görə həbs olunub və iki il müddətə Samara quberniyasına sürgün edilib.

1917-ci il Fevral inqilabından sonra Mərv fəhlə və əsgər deputatları sovetinə seçilib.

1918-ci ildə bolşeviklər partiyası sıralarına daxil olub. Bolşevik “Hümmət” təşkilatının Mərv şöbəsinin yaradılmasında yaxından iştirak edib.

1919-cu ildə Daşkəndə gedib və orada “Qafqazlı və azərbaycanlı türk kommunist-bolşeviklərin Daşkənd təşkilatı”nın işində fəal iştirak edir.

1919-cu ilin iyununda Mərvə qayıdıb və siyasi fəaliyyətini davam etdirib.

1919-cu ilin oktyabrında Zakaspi cəbhəsi siyasi şöbəsinin müsəlman bölməsi tərəfindən türkmənlərin yəmutlar qəbiləsi arasında siyasi iş aparmaq üçün Həsənqulu kəndinə göndərilib.

1919-cu ilin axırlarında Zakaspi cəbhəsi hərbi-inqilab şurasının tapşırığı ilə balıqçı qayığında Xəzər dənizini keçib, Bakıya məxfi sanədlər aparıb.

1920-ci ilin yanvar ayında “Hümmət” komitəsinin qərarı ilə Nuxaya gedib.

1920-ci ilin fevralında Nuxa bolşeviklərinin nümayəndəsi olaraq Azərbaycan Kommunist partiyasının I qurultayında iştirak edib və Azərbaycan {{K(b)P MK}} tərkibinə seçilib.

===Əmək fəaliyyəti===
1920-ci ilin mayından 1921-ci ilin martınadək [[Nuxa qəzası|Nuxa qəza]] inqilab komitəsinin sədri,

1921 – 1924-cü illərdə Balaxanı rayonunda mədən komitəsinin katibi olub.

1924 – 1933-cü illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında və Azərbaycan Dövlət Nəşriyyatında işləyib.

1933-cü ilin noyabrında Nuxa rayon icraiyyə komitəsinin sədri seçilib.

1935-ci ildən ömrünün sonunadək Azərkitabın Kirovabad şöbəsinin müdiri vəzifəsində çalışıb.

===Vəfatı===
1946-сı ildə – 67 yaşında, vəfat edib.

== İstinadlar ==
{{İstinad siyahısı}}
== Ədəbiyyat ==
# {{kitab3
| müəllif =
| hissə = A.M.Əfəndiyev
| hissənin linki =
| başlıq = Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübarizlər
| orijinal =
| link =
| vikimənbə =
| cavabdeh =
| nəşr = Azərb. KP MK yanında Partiya Tarixi İn-tu, Sov. İKP MK yanında Marksizm-Leninizm İn-tunun Filialı.
| yer = Bakı
| nəşriyyat = Azərnəşr
| il = 1958
| cild =
| səhifə = 195-196
| sütunlar =
| səhifələr = 419
| seriya =
| isbn =
| doi =
| tiraj =
| archiveurl = https://web.archive.org/web/20230423062544/http://web2.anl.az:81/read/page.php?bibid=247760&pno=101
| archivedate = 23 Apr 2023
| ref =
}}

==Həmçinin, bax:==
* [[Şəki (Nuxa) rayon və şəhər Sovetlərinin sədr, sədr müavini və katiblərinin siyahısı]]

{{Yoxlanılmış məqalə}}