Şəfiqə Axundova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şəfiqə Axundova
Axundova Şəfiqə Qulam qızı
Şəfiqə Axundova
Şəfiqə Axundova, 2012-ci il
Şəxsi məlumatlar
Doğum tarixi 21 yanvar 1924(1924-01-21)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 26 iyul 2013 (89 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Peşəsi bəstəkar

Təhsili Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973
“Şöhrət” ordeni (Azərbaycan) — 2005"Şərəf Nişanı" ordeni  — 1959 "Əmək veteranı" medalı Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı
Commons-logo.svg Commonsda da Şəfiqə Axundova ilə əlaqəli mediafayllar var

Şəfiqə Axundova (Axundova Şəfiqə Qulam qızı; d. 21 yanvar 1924-cü ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 26 iyul 2013-cü ildə, Bakı, Azərbaycan Respublikası) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının xalq artisti (1998). Şərqdə opera yazmış ilk qadın bəstəkar.

Haqqında məlumatlar

21 yanvar 1924-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

1943 – 1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi məktəbində ilk musiqi təhsilini alıb.

1956-cı ildə təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirməyə başlayıb və Boris Zeydmanın sinfini bitirib.

Yaradıcılığı

1938-ci ildə – yeddinci sinifdə oxuyarkən, “Röya” və “Qəlbimiz” mahnılarını bəstələyib.

Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində isə “Nə gözəlsən” və “Ay nigar” romanslarını yazıb.

1944-cü ildə Üzeyir Hacıbəyovun məsləhəti ilə Azərbaycan SSR-in himninin yaradılması üçün keçirilən müsabiqədə iştirak edib və Azərbaycan SSR himnini Dövlət Filarmoniyasında dövlət komissiyası qarşısında ilk dəfə o, ifa edib.

Daha sonra “Balam”, “Sevgilim”, “Vətən məhəbbəti”, “Nə gözəlsən”, “Çiçək”, “Hind qızı”, “Nə gözəldir kəndimiz” və s. mahnılarını bəstələyib.

1948-ci ildə Moskvada keçirilən plenumda onun da vokal əsərləri ifa olunub.

Şəfiqə Axundova orkestr üçün “Cahanda”, “Mənim qəlbim”, “Sənin məhəbbətin”, “Qələbə bizimdir”, simfonik orkestr üçün isə “Nuxa rapsodiyası”, “Üç pyes”, “Qəzəl” (M.Rahimin sözlərinə) melodiyalarını, həmçinin, C.Cabarlının “Aydın”, B.Vahabzadənin “Vicdan”, H.Seyidbəylinin “Böyük ürək” tamaşalarının, “Ev bizim, sirr bizim” musiqili komediyasının musiqisini bəstələyib.

1972-ci ildə isə “Gəlin qayası” operasını yazıb (Süleyman Rəhimovun eyniadlı povestinin motivləri əsasında). Bu bütün Şərqdə qadın tərəfindən yazılmış ilk opera olub.

Vəfatı

Həyatının son illərində Şəfiqə Axundovanın səhhəti xeyli pisləşmişdi. Ayaqlarında, nitqində və yemək qəbulunda problemlər yaranmışdı. 11 iyul 2013-cü il tarixdə Şəkidə olarkən səhhəti qəflətən daha da pisləşmiş, əvvəl Şəki Mərkəzi rayon Xəstəxanasının, sonra isə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, növbəti günlərdə vəziyyəti bir qədər yaxşılaşsa da, 26 iyul tarixdə saat 12 radələrində reanimasiya şöbəsində vəfat etmişdir. 27 iyul tarixdə Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunmuş vida mərasimindən sonra Fəxri Xiyabanda dəfn edilmişdir.

Digər

Tanınmış mədəniyyət xadimi Qulam Axundovun qızı, ilk azərbaycanlı qadın alim, pedoqoq Zümrüd Axundovanın bacısıdır.

Təltif və mükafatları

Filmoqrafiya

  1. Azərbaycan elləri (film, 1976).
  2. Mənim atam Əliövsət Sadıqov (film, 2007).
  3. Bəstəkar Şəfiqə Axundova (film, 2012).

İstinadlar

Ədəbiyyat

  • Məmmədov Ə., Xalıqov F. Axundova Şəfiqə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 53 – 55. — 1.000 nüsx.
  • "Состоялась церемония прощания с композитором Шафигой Ахундовой" (русский). news.day.az. 27 июля 2013 16:07. 29 Jul 2013 - 23 Mar 2020 tarixində arxivləşdirilib.
  • "Şərqdə ilk opera bəstələyən qadın- Şəfiqə Axundova vəfat edib" (azərb.). www.bbc.com. 26 İyul 2013. 29 Mar 2020 tarixində arxivləşdirilib.
  • Ахундова, Шафига Гулам-кызы // Большая русская биографическая энциклопедия (электронное издание). — Версия 3.0. — М.: Бизнессофт, ИДДК, 2007.

Şablon:Yaxşı məqalə