Bəxtiyar Vahabzadə
Bəxtiyar Vahabzadə | |
---|---|
Vahabzadə Bəxtiyar Mahmud oğlu | |
Bəxtiyar Vahabzadə | |
Doğum tarixi | 16 avqust 1925 |
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfatı | 13 fevral 2009 (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair, ədəbiyyatşünas |
Mükafatları |
|
Commonsda da Bəxtiyar Vahabzadə ilə əlaqəli mediafayllar var |
Bəxtiyar Vahabzadə — Azərbaycan SSR xalq şairi (1984), SSRİ Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000). Həmçinin bir dəfə Azərbaycan SSR Ali Sovetinə (1990), iki dəfə isə Azərbaycan Respublikasının Milli Məclisinə (1995, 2000) deputat seçilmişdir.
Haqqında məlumatlar
16 avqust 1925-ci il tarixdə Nuxada, fəhlə ailəsində anadan olub.
1934-cü ildə ailəsi valideynləri ilə birlikdə Bakıya köçüb.
Təhsili
1942 – 1947-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
1951-ci ildə “Səməd Vurğunun lirikası” adlı mövzuda namizədlik dissertasiyası,
1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” adlı mövzuda doktorluq disertasiyası müdafiə edib.
1980-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü,
2000-ci ildə isə Azərbaycan MEA-nın həqiqi üzvü seçilib.
Əmək fəaliyyəti
1950 – 1990-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında əvvəl müəllim, sonra dosent, daha sonra isə professor vəzifəsində çalışıb.
1990-cı ildə təqaüdə çıxıb.
Bədii yaradıcılığı
1943-cü ildə “Ana və şəkil” adlı ilk şeiri çap olunub.
1949-cu ildə “Mənim dostlarım” adlı ilk şeir kitabı çap olunub. Həmin kitabda toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.
1960 – 2003-cü illərdə qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. Hhəmçinin 1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı Ağsaqallar Şurasının üzvü olub. Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı.
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
İctimai aktivliyi
Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.
Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.[1]
Vəfatı
13 fevral 2009-cu il tarixdə, 83 yaşında Bakıda vəfat edib.
Ailəsi
Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini olmuş, bir sıra ölkələrdə Azərbaycanın səfiri vəzifəsində çalışmışdır.
İctimai-siyasi fəaliyyəti
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[2].
Şarin ən məhşur əsərləri isə "Allah" və ''Vətəndir".
Təltif və mükafatları
- “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adı (1974).
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1975).
- Azərbaycan SSR Dövlət mükafatı (1976).
- SSRİ Dövlət mükafatı (1984).
- “Azərbaycan SSR xalq şairi” fəxri adı (1984).
- “Oktyabr İnqilabı” ordeni (1984).
- “Əmək veteranı” medalı ()
- “İstiqlal” ordeni (1995).
- "Ləyaqət" ordeni (Rumıniya) — 2002
Xatirəsi
Türkiyənin Adana şəhərində Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Liseyi var.
Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.
31 avqust 2018-ci ildə Şəkidə şairin ev-muzeyinin açılışı olub.[3]
Əsərləri
Filmoqrafiya
İstinadlar
- ↑ Erdem,KONUR,"Vatan Millet ve Anadili Şairi Vahapzade",Edebiyat ve Sanat Akademisi
- ↑ "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az (azərb.)
- ↑ ARB Şəki (31.08.2018). "Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinin açılışı olub" (azərb.). Youtube.com. İstifadə tarixi: 2018-08-31.
Xarici keçidlər
Vikisitatda Bəxtiyar Vahabzadə ilə əlaqədar sitatlar var. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış şair və yazıçılar
- 1925-ci ildə doğulanlar
- 16 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 13 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 2009-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Azərbaycan SSR xalq şairləri
- SSRİ dövlət mükafatı laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Oktyabr İnqilabı" ordeni laureatları
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "İstiqlal" ordeni ilə təltif edilənlər
- Rumıniyanın “Ləyaqət” ordeninin kavalerləri
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)