Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Bəxtiyar Vahabzadənin ev-muzeyi

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Bəxtiyar Vahabzadənin ev-muzeyi
Bəxtiyar Vahabzadənin ev-muzeyi
Əsası qoyulub 27 oktyabr 2015
Açılış tarixi 31 avqust 2018
Mövzu ədəbiyyat
Yerləşir Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Ünvan Ə.Haqverdiyev küçəsi, 73
Kolleksiyası 735
Direktor Elşən Zəkəriyyəbəyli[1]

Bəxtiyar Vahabzadənin ev-muzeyi — Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadəyə həsr olunmuş xatirə muzeyi. Muzeyin binası Şəkidə, Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı, sonradan uşaq bağçası kimi fəaliyyət göstərən evdə yerləşir.[2] Muzey Azərbaycan şairi Bəxtiyar Vahabzadə irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

Tarixi[redaktə | HTML redaktə]

Muzeyin əsası şairin doğumunun 100 illiyi ilə münasibətilə, Azərbaycan Prezidentinin 27 oktyabr 2015-ci il tarixli sərəncamı ilə qoyulmuşdur. 2017 – 2018-ci illərdə aparılan bərpa, yenidənqurma və bədii tərtibat işlərindən sonra muzeyin rəsmi açılış mərasimi 31 avqust 2018-ci ildə olmuşdur.[3]

Ekspozisiya[redaktə | HTML redaktə]

Ev muzeyinin ekspozisiyası 70m2 təşkil edir və 3 otaqdan ibarətdir. Burada həmçinin inzibati və fond otaqları da vardır. Muzeyin ekspozisiyasının əsasını şairin ailəsi tərəfindən təqdim edilmiş sənəd, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar təşkil edir. Burada ümumilikdə 735 ədəd eksponat ziyarətçilərə nümayiş olunur.[2]

İstinadlar[redaktə | HTML redaktə]

  1. ARB Şəki (13.02.2019). "Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli "Bizim Xəbər"də" (azərb.). Youtube.com. İstifadə tarixi: 2019-02-13.
  2. 2,0 2,1 "Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı keçirildi" (azərb.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. İstifadə tarixi: 5 sentyabr 2018.
  3. "Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyi açılıb" (azərb.). AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi. İstifadə tarixi: 5 sentyabr 2018.