Rasim İsayev
Rasim İsayev | |
---|---|
İsayev Rasim Qurban ölu | |
Rasim İsayev | |
Rasim İsayev | |
Anadan olub | 19 avqust 1979 |
Anadan olduğu yer |
SSRİ Azərbaycan SSR, Şəki |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Mingəçevir Dövlət Texniki Universiteti |
Rasim İsayev (Rasim Qurban oğlu İsayev; d. 19 avqust 1979-cu il, Şəki, Azərbaycan SSR, SSRİ) — şahmat üzrə idman ustalığına namizəd, Şəki Şahmat məktəbinin məşqçi-müəllimi, Şəki şəhər İcra Hakimiyyəti başçısının 1 №li Sahə İnzibati Ərazi Dairəsinin “İpəkçi” və “Duluslar” Məhəlləsi üzrə nümayəndəsi. Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir.
Haqqında əlavə məlumatlar
19 avqust 1979-cü il tarixdə Şəkidə anadan olub.
Orta təhsilini Şəki Fizika-Riyaziyyat və Humanitar profilli litseydə alıb.
1997 – 1999-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hava hücumundan müdafiə qoşunlarının N saylı hissəsində hərbi xidmət keçib.
1999 – 2002-ci illərdə Şəki Şahmat Məktəbində məşqçi-müəllim vəzifəsində çalışıb.
2002 – 2006-cı ilərdə Mingəçevir Dövlət Texniki Universitetinin Energetika və mexanika fakultəsində ali təhsil alıb. Ali məktəbdə oxuduğu müddətdə günorta növbəsində Mingəçevir Şahmat məktəbində məşqçi – müəllim vəzifəsində və axşam növbəsində isə Mingəçevir Azyolmaş Neft avadanlıqlarının təmiri zavodunda elekrik qaynaqçısı işləmişdir.
Ali məktəbi bitirdikdən sonra isə “Şəki Elektrik Stansiyasi” MMC-də Elektrik çilingəri işləyib. 2020-ci il üçün həmin müəssisədə elektrik sexinin növbə rəisi vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
Həmçinin, bax:
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)