Nail Məmmədov
Nail Məmmədov | |
---|---|
Məmmədov Nail Həmzət oğlu | |
Nail Məmmədov | |
Nail Məmmədov, 2019-cu il | |
Anadan olub | 26 avqust 1983 |
Anadan olduğu yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Nail Məmmədov (Məmmədov Nail Həmzət oğlu ; d. 1983, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki Bələdiyyəsi vergilərin yığımı şöbəsində vergi müfəttişi (2015-ci ildən). Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir. Şəkinin görkəmli ziyalılarından biri olmuş Baxşəli Axundovun nəticəsidir.
Haqqında məlumatlar
1983-cü ildə Şəki şəhərində anadan olub. Şəki şəhər 18 saylı ərəb-fars təmayüllü orta məktəbini qurtardıqdan sonra, 1999-cu ildə Şəki Texnologiya Texnikumuna daxil olmuş və buranı gömrükxana işi ixtisası üzrə bitirmişdir. 2001-2003-cü illərdə hərbi xidmətdə olub. Şəki Mərkəzi Rayon Xəstəxanasında kassir və mühasib vəzifələrində işlədikdən sonra, 2015-ci ildə Şəki Bələdiyyəsinin vergilərin yığımı şöbəsində vergi müfəttişi vəzifəsində fəaliyyətini davam etdirib.
Həmçinin, bax:
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)