Aqil Əfəndiyev
Aqil Əfəndiyev | |||||||
---|---|---|---|---|---|---|---|
Əfəndiyev Aqil Nəsrullah oğlu | |||||||
Aqil Əfəndiyev, 1990-cı il | |||||||
|
|||||||
Doğum tarixi | 1929 | ||||||
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||||||
Təltifləri |
|
Aqil Əfəndiyev – dövlət qulluqçusu, Azərbaycan SSR əməkdar iqtisadçısı; 1974 – 1991-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsində çalışıb. 1990-cı ildə 129 nömrəli Şəki şəhər birinci seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.
Haqqında məlumatlar
1929-cu ildə Nuxada anadan olub.
Təhsili
1946-cı ildə orta məktəbi qızıl medalla bitirib.
1946-cıildə Moskva Toxuculuq institutuna daxil olub.
1954-cü ildə SSRİ Mühəndis və Rəhbər İşçilərin Təkmilləşdirilməsi İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti
1951 – 1956-cı illərdə V.İ.Lenin adına Nuxa İpək kombinatında işləyib.
1956-cı ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyində işə keçirilmiş, əvvəl baş mühəndis, sonra şöbə rəisi vəzifələrində çalışıb.
1961 – 1963-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetində referent,
1963 – 1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisi,
1965 – 1974-cü illərdə isə Azərbaycan SSR Nazirlər Sovetində şöbə rəisi,
1974 – 1991-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsində işləyib.
1995-ci ildən dövlət qulluqçusu kimi təqaüddədir.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı.
- “Şərəf Nişanı” ordeni.
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı.
- Medallar.
Digər
1963-cü ildən Sov.İKP-nın üzvü olub.
“Ayna – Zerkalo” qəzetinin müxbiri kimi də fəaliyyət göstərib.
1990-cı ildə 129 nömrəli Şəki şəhər birinci seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.
İstifadə edilmiş əsas mənbələr
- Sabir KƏRİMOV (namizədin vəkili) XALQ NAMİZƏDİ/Aqil Nəsrulah oğlu ƏFƏNDİYEV (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 20 noyabr 1990. — № 31 – 32 (1965 – 1966). — Səh. 3.
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Aqil // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 84 – 85. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1929-cu ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- "Şərəf Nişanı" ordeni laureatları
- Azərbaycan SSR əməkdar iqtisadçıları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr