Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Mərdan Feyzullayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:M{{Kino sənətçisi |Şəkil = Mərdan Feyzullayev.jpg |Şəkil məlumat = |Şəkil miqyası = 200 |Adı = Mərdan Feyzullayev |Orijinal adı = |İlk ad...' ilə yarat) tərəfindən edilmiş 21:57, 20 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Mərdan Feyzullayev
Mərdan Feyzullayev
Doğum tarixi 3 fevral 1958(1958-02-03)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 13 avqust 2017 (59 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Peşəsi Aktyor
Mükafatları "Tərəqqi" medalı

Mərdan Feyzullayev- "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi

Həyatı və fəaliyyəti

Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.

1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən “Dərviş” teat rının yaradıcısı və baş rejissoru idi. M.F.AxundovunSərgüzəşti-vəziri-xani-Lənkəran” və Elcinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli “Vətən qarşısında xidmətlərinə gorə” medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə “Əməkdar artist” fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir.[1] Şəkidə dəfn olunub.[2]

İstinadlar

  1. Əməkdar artist Mərdan Feyzullayev vəfat edib
  2. ARB Şəki (15.08.2017). "Mərdan Feyzullayev vəfat edib" (azərb.). Youtube.com. İstifadə tarixi: 2017-08-15.

Xarici keçdilər

http://diaspora.gov.az/index.php?options=content&id=560

Mənbə

  • Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu