Mikayıl Cəbrayılov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:03, 20 mart 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
MİKAYIL CƏBRAYILOV
Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu
MİKAYIL CƏBRAYILOV
Anadan olub 27 aprel 1952(1952-04-27)
Anadan olduğu yer Oxud, Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat edib 15 dekabr 1990 (38 yaşında)
Vəfat etdiyi yer Mikayıllı, Xocalı, Azərbaycan Respublikası
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri Oxud, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Əhmədiyyə Cəbrayılov
Anası Sürayyə Cəbrayılova
Mükafatları Azərbaycanın Milli Qəhrəmanı

Mikayıl CəbrayılovAzərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Həyatı

Mikayıl Cəbrayılov 27 aprel 1952-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir.

Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.

Döyüşlərdə iştirakı

1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edir. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alır. Buna baxmayaraq o təslim olmur və 1990-cı il 15 dekabrda əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına son anadək vuruşaraq döyüş meydanında həlak olur.

Ailəsi

Ailəli idi, bir övladı var.

Milli Qəhrəman

Mikayıl Cəbrayılovun Oxud kənd qəbiristanlığındakı qəbirüstü abidəsi

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.

Mikayılın adına Şəki şəhərində küçə var.

Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.

Mənbə

Xarici keçidlər

Həmçinin bax