Mustafa ağa Şəkixanov
Mustafa ağa Şəkixanov | |
---|---|
Şəkixanov Mustafa ağa Kərim ağa oğlu | |
Mustafa ağa Şəkixanov | |
Mustafa ağa Şəkixanov | |
Təxəllüsü | Şuxi |
Doğum tarixi | 1831 |
Vəfatı | 5 noyabr 1895 (64 yaşında) |
Vəfat yeri | Qaraqosı[1], Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Dəfn yeri | Xan qəbiristanlığı, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Atası | Kərim ağa Şəkixanov |
Mustafa ağa Şəkixanov – Şəki xanları nəslinin davamçılarından biri; “Şəki tarixi” adlı bir tarix əsərini[2] və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır[3]. “Şuxi” təxəllüsü ilə şeirlər də yazıb[4].
Tərcümeyi - halı
1831-ci ildə Nuxada anadan olub[5].
1853 – 1857-ci illərdə Nuxada kanvoy[6] vəzifəsində çalışıb.
1857-ci ildən Şəki xanları nəslinin nümayəndəsi kimi Sankt-Peterburqa girov saxlanılıb; orada hərbi təhsil alıb və karnet[7] hərbi rütbəsinə yiyələnib.
1858-ci ilin sonunda atası Nuxada vəfat edib; bundan sonra girovluqdan azad olunub[8] və Nuxaya geri dönüb.
1861 – 1866-cı illərdə Nuxada barışdırıcı hakimin köməkçisi vəzifəsində işləyib.
1866 – 1895-ci illər arasında Nuxa qəzasındakı özünə məxsus Qaraqosı[9] kəndində yaşayıb[10].
5 noyabr 1895-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, Xan qəbiristanlığında dəfn olunmuşdur.
İstinadlar və qeydlər
- ↑ Bu yerin adını Salman Mümtaz göstərib. Mümkündür ki əslində söhbət hal-hazırda Qaraso adlanan ərazidən gedir. Hansı ki həmin ərazidə müxtəlif kəndlər var. Mustafa ağanın atasının şəxsi kəndi İpəkli idi; mümkündür ki, Mustafa ağa da İpəkli kəndində yaşamış və orada da vəfat etmişdir.
- ↑ Müəllifi olduğu “Şəki tarixi” adlı əsərdən cəmi bir neçə cümləlik kiçik bir hissə 1902-ci ildə rusca çap olunub; əsərin özü isə itmiş hesab olunur (Məmmədov A.S., 2009, s. 4).
- ↑ Tahirzadə Ə.Ş., 2005, s. 88 –93.
- ↑ 2011-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında “Divan”ı çap olunmuşdur.
- ↑ Məmmədov A.S., 2009, s. 4.
- ↑ Rusiya İmperiyasında məhbusları qoruyan və müşayiət edən hərbçi.
- ↑ Süvari qoşunda bölük (rota) bayrağını aparan kiçik zabit.
- ↑ Mustafa ağa Sankt-Peterburqdan nə vaxt geri dönməsi barədə özü heç bir məlumat verməyib. Salman Mümtaz isə onun Sankt-Peterburqan 1861-ci ildə geri döndüyünü göstərir (Tahirzadə Ə.Ş., 2005, s. 10). Lakin 1860-cı ildə tərtib olunmuş Nuxa bəylərinin siyahısında 29 yaşlı Mustafa ağanın Nuxada yaşadığı qeyd olunub (Məmmədov A.S., 2009, s. 4). Mümkündür ki, Mustafa ağanın Sankt-Peterburqda girov saxlanılması heç də 1861-cı ilədək davam etməmiş, o, atasının vəfatından az sonra sərbəst buraxılmışdır.
- ↑ Bax: 1-ci qeydə.
- ↑ Tahirzadə Ə.Ş., 2005, s. 10.
Həmçinin bax
Ədəbiyyat
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1831-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 5 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 1895-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- Şəki xan qəbiristanlığında dəfn olunanlar