Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Yusif Əbdürrəhmanov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:55, 29 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Yusif Əbdürrəhmanov
Əbdürrəhmanov Yusif Ələkbər oğlu
Yusif Əbdürrəhmanov
Yusif Əbdürrəhmanov
Doğum tarixi 18 may 1912(1912-05-18)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 30 noyabr 1977 (65 yaşında)
İş yeri ASSR-nın EA Zoologiya İnstitutu
Elmi dərəcəsi professor
Mükafatları "Şərəf Nişanı" ordeni

Yusif Əbdürrəhmanov - Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü (1968).

Haqqında məlumatlar

1912-ci ildə Nuxada anadan olub.

Təhsili

1925-ci ildə Nuxa nümunə-zəhmət məktəbini bitirib.

1925-ci ildə Nuxa Pedoqoji Texnikumuna daxil olub.

1934 – 1939-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.

1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda ixtiologiya ixtisası üzrə aspiranturaya daxil olub.

Əmək fəaliyyəti

1939-cu ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində müəllim işləyib.

1952 – 1977-ci illərdə Azərbaycan SSR EA Zoologiya İnstitutunda ixtiologiya laboratoriyasının müdiri olub.

Elmi fəaliyyəti

1945-ci ildə biologiya “Xəzər sirbitinin biologiyası” mövzusunda namizədlik,

1960-cı ildə “Azərbaycanın şirin su balıqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1965-ci ildə ixtiologiya ixtisası üzrə professor elmi adını alıb.

1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

Vəfatı

1977-ci ildə 65 yaşında vəfat edib. Bakıda – İkinci Fəxri Xiyabanda dəfn edilib.

Təltifləri

=Ədəbiyyat