Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Yusif Əbdürrəhmanov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Vəfatı) tərəfindən edilmiş 15:37, 29 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Yusif Əbdürrəhmanov
Əbdürrəhmanov Yusif Ələkbər oğlu
Yusif Əbdürrəhmanov
Yusif Əbdürrəhmanov
Doğum tarixi 18 may 1912(1912-05-18)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 30 noyabr 1977 (65 yaşında)
İş yeri ASSR-nın EA Zoologiya İnstitutu
Elmi dərəcəsi professor
Mükafatları "Şərəf Nişanı" ordeni

Yusif Əbdürrəhmanov - Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü (1968).

Haqqında məlumatlar

1912-ci ildə Nuxada anadan olub. Valideynlərini gənc yaşlarından itirib.

Təhsili

1925-ci ildə Nuxa nümunə – zəhmət məktəbini bitirib.

1925-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olub.

1934 – 1939-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.

1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunun aspiranturasına (ixtiologiya ixtisası üzrə) daxil olub.

Əmək fəaliyyəti

Nuxa Pedaqoji Texnikumunu bitirdikdən sonra 4 il ərzində kənd məktəblərində müəllim, kolxoz gənclər məktəbində müəllim və tədris hissə müdiri vəzifəsində çalışıb.

1934 – 1939-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alarkən, 2 il ərzində SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya İnstitutunda laborant işləyib.

1939-cu ildə universiteti bitirdikdən sonra universitetin onurğalılar zoologiyası kafedrasında müəllim işləmək üçün saxlanılıb.

1952 – 1977-ci illərdə Azərbaycan SSR EA Zoologiya İnstitutunda ixtiologiya laboratoriyasının müdiri olub.

Elmi fəaliyyəti

1945-ci ildə biologiya “Xəzər sirbitinin biologiyası” mövzusunda namizədlik,

1960-cı ildə “Azərbaycanın şirin su balıqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1965-ci ildə ixtiologiya ixtisası üzrə professor elmi adını alıb.

1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

Digər

Böyük Vətən müharibəsinin iştirakçısıdır. Müharibənin ilk günlərindən 1943-cü ilədək Xəzər hərbi dəniz donanmasının gəmilərində radist vəzifəsində çalışıb.

Təltifləri

Vəfatı

1977-ci ildə 65 yaşında Bakıda vəfat edib. Bakıda – İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ədəbiyyat

  • Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 113. — 1.000 nüsx.
  • – 128/mode/2up ƏBDÜRRƏHMANOV Yusif Ələkbər oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 127 – 128. — 80.000 nüsx.
  • "Universitetdə 1 nömrəli diplomun sahibi". http://www.anl.az/ (azərb.). “Azadlıq” qəzeti. 7 fevral 2013-cü il. 29 Nov 2020 tarixində arxivləşdirilib.
  • "Vəfat etmiş müxbir üzvlər/Əbdülrəhmanov Yüsif Ələkbər oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 8 Aug 2020 tarixində arxivləşdirilib.