Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Yusif Əbdürrəhmanov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:29, 29 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Yusif Əbdürrəhmanov
Əbdürrəhmanov Yusif Ələkbər oğlu
Yusif Əbdürrəhmanov
Yusif Əbdürrəhmanov
Doğum tarixi 18 may 1912(1912-05-18)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 30 noyabr 1977 (65 yaşında)
İş yeri Azərbaycan SSR EA Zo­olo­giya İnstitutunun İxtiologi­ya laboratoriyası, müdir
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili

Nuxa Pedaqoji Texnikumu (1925 –)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, biologiya fakültəsi (1934 – 1939)

SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutu, aspirantura (1940 – )
Mükafatları "Şərəf Nişanı" ordeni

Yusif Əbdürrəhmanov – bioloq-alim, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü (1968).

Haqqında məlumatlar

1912-ci ildə Nuxada anadan olub. Valideynlərini gənc yaşlarından itirib.

Təhsili

1925-ci ildə Nuxa nümunə – zəhmət məktəbini bitirib.

1925-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olub.

1934 – 1939-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.

1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunun aspiranturasına (ixtiologiya ixtisası üzrə) daxil olub.

Əmək fəaliyyəti

Nuxa Pedaqoji Texnikumunu bitirdikdən sonra 4 il ərzində kənd məktəblərində müəllim, kolxoz gənclər məktəbində müəllim və tədris hissə müdiri vəzifəsində çalışıb.

1934 – 1939-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alarkən, 2 il ərzində SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya İnstitutunda laborant işləyib.

1939-cu ildə universiteti bitirdikdən sonra universitetin onurğalılar zoologiyası kafedrasında müəllim işləmək üçün saxlanılıb.

1952 – 1977-ci illərdə Azərbaycan SSR EA Zoologiya İnstitutunda ixtiologiya laboratoriyasının müdiri olub.

Elmi fəaliyyəti

1945-ci ildə biologiya “Xəzər sirbitinin biologiyası” mövzusunda namizədlik,

1960-cı ildə “Azərbaycanın şirin su balıqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1965-ci ildə ixtiologiya ixtisası üzrə professor elmi adını alıb.

1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

100-dən çox elmi əsərin, o cümlədən 6 mono­qra­fiyanın (“Bizim balıqlar” (1955), “Zoologiya terminləri lüğəti” (1961), “Azərbaycanın şirin su balıqları” (rus dilində, 1962), “Azərbaycan faunası” seriyasından olan “Balıqlar” (1966; VII cild) və s.) müəllifi, yaxud həmmüəllifidir.

Rəhbərliyi və məsləhətçiliyi ilə 3 elmlər dok­toru, 15 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.

Elmi-ictimai fəaliyyəti

Azərbaycan SSR EA Biologiya Elmləri Bölmə­sinin Bir­ləş­miş Dissertasiya Müdafiəsi Şurasının,

Azərbaycan SSR EA Zoologiya İnstitutunun Elmi Şurasımnın,

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasımnın üzvü,

“Heyvanlar alə­minin bərpası və mühafizəsi” problemi üzrə Koordinasiya Şurasının sədr müavini,

“Xəzər dənizi­nin kompleks surətdə öyrənilməsi” problemi üzrə Koordinasiya Şurasının,

“Su hövzələrinin bioloji sərvətlərindən istifadə olun­ması” problemi üzrə Koordi­nasiya Şurasının,

SSRİ Balıq Təsəttüfatı Nazirliyi İxtioloji komissiya­sının,

Ümum­ittifaq Hidrobioloqlar Cəmiyyətinin mərkəzi şurasının,

Azərbaycan Sovet Ensi­klo­pe­diyası biolo­giya və kənd təsərrüfatı bölmələri şurasının üzvü olub.

Digər

Böyük Vətən müharibəsinin iştirakçısıdır. Müharibənin ilk günlərindən 1943-cü ilədək Xəzər hərbi dəniz donanmasının gəmilərində radist vəzifəsində çalışıb.

Təltifləri

Vəfatı

1977-ci ildə 65 yaşında Bakıda vəfat edib. Bakıda – İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ədəbiyyat

  • Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 113. — 1.000 nüsx.
  • – 128/mode/2up ƏBDÜRRƏHMANOV Yusif Ələkbər oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 127 – 128. — 80.000 nüsx.
  • "Universitetdə 1 nömrəli diplomun sahibi". http://www.anl.az/ (azərb.). “Azadlıq” qəzeti. 7 fevral 2013-cü il. 29 Nov 2020 tarixində arxivləşdirilib.
  • "Vəfat etmiş müxbir üzvlər/Əbdülrəhmanov Yüsif Ələkbər oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 8 Aug 2020 tarixində arxivləşdirilib.