Məmmədsadıq Əfəndiyev
Məmmədsadıq Əfəndiyev | |||||||
---|---|---|---|---|---|---|---|
Əfəndiyev Məmmədsadıq Mirzə Əhməd oğlu | |||||||
Məmmədsadıq Əfəndiyev | |||||||
|
|||||||
Doğum tarixi | 5 iyul 1902[1] | ||||||
Doğum yeri | Aşqabad, Zakaspiyski vilayəti, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | may 1943 | (40 yaşında)||||||
Vəfat yeri | Kerç, Krım MSSR, RSFSR, SSRİ | ||||||
Atası | Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev (1828 – 1919)[2] | ||||||
Anası | Səltənət Hüseyn qızı (? – 1914) | ||||||
Uşağı | İmruz Əfəndiyeva | ||||||
Təhsili | Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutu (1931 – 1933) |
Məmmədsadıq Əfəndiyev – Azərbaycan sovet dövlət xadim, yazıçı, teatrşünas, pedaqoq; 1937 – 1938-ci illərdə Azərbaycan SSR xalq maarifi komissarı vəzifəsində çalışmışdır. Sovet milis polkovniki Məmmədəmin Şəkinskinin qardaşı, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri olmuş Əkrəm Şəkinskinin isə əmisidir.
Haqqında məlumatlar
5 iyul 1902-ci il tarixdə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi, Aşqabad şəhərində kargüzar – tərcüməçi işləyib.
1909-cu ildə ailəvi olaraq Nuxa şəhərinə qayıdıblar.
1914-cü ildə anası – Səltənət Hüseyn qızı,
1919-cu ildə isə atası – Mirzə Əhməd vəfat edib.
Təhsili
1913 – 1920-ci illərdə Nuxa klassik kişi gimnaziyasında təhsil alıb.
1920-ci ildə Bakı şəhərinə – Azərbaycan hərbi məktəbinə, təhsil almaq üçün göndərilib. Hərbi məktəbin 1-ci buraxılışını fərqlənmə diplomu ilə bitirib.
1931 – 1933-cü illərdə Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
Maddi çətinliklər ucbatından 1919-cu ildən təhsilini davam etdirməklə yanaşı, həm də mətbəədə mürəttib işləyib.
1920-ci ildən hərbi sahədə çalışmağa başlayıb.
1920-ci ilin ortalarından 1925-ci ilə qədər Ümumittifaq Fövqəladə Komissiyası orqanlarında çalışıb. Dövlət Təhlükəsizlik Komitəsinin Kollegiya üzvü seçilib. Lakin səhhətindəki problemlərlə bağlı olaraq xidmətdən 1925-ci ildə istefaya çıxıb.
1925 – 1929-cu illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktor müavini və Teatral Texnikumun direktoru,
1930-cu illərin əvvəllərində Azərbaycan Tamaşa Müəssisələri İdarəsinin direktor köməkçisi vəzifəsində çalışıb.
1931 – 1933-cü illərdə Moskvada təhsil alarkən Moskva Dövlət Kinematoqrafiya İnstitutunda, M.N.Pokrovski adına Kommunist Universitetində və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında teatrşünaslıq, teatr tarixi, dialektik və tarixi materializm fənlərindən dərs deyib.
1935 – 1937-ci illərdə Azərbaycan SSR Baş Siyasi İdarəsinin rəisi, Azərbaycan KP MK-nın təbliğat və təşviqat, mətbuat və nəşriyyat şöbələrinin müdiri vəzifəsində çalışıb, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib (sosial-iqtisadi intizam kafedrasının müdiri olub). Eyni zamanda, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olub.
1937 – 1938-ci illərdə Azərbaycan SSR xalq maarifi komissarı vəzifəsində çalışıb.
1940-cı ilin iyununda Azərbaycan SSR Xalq Komissarları Sovetinin sosial-mədəni qrupunun elmi rəhbəri,
1941-ci ildə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun direktoru, daha sonra Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.
Elmi – ədəbi fəaliyyəti
1933-cü ildə “Azərbaycan dramaturjisinin problemləri və inkişaf perspektivləri” mövzusunda dissertasiyasını hazırlasa da, müdafiə etmək üçün imkan tapa bilməyib.
3 monoqrafiyanın – “Proletar teatrosu uğrunda” (Bakı, 1931), “Bakılı işçi öz türk işçi teatrı haqda nə bilməlidir?” (rus dilində; Bakı, 1931) və “N.A.Dobrolyubov” (Bakı, 1936) monoqrafiyalarının müəllifidir.
Bir sıra pyesləri azərbaycan dilinə çevirmiş, Azərbaycan teatrına dair əsərlər yazmışdır. Mətbuatda Nuri Nuriyev imzası ilə çıxış edib.
Siyasi fəaliyyəti
1919-cu ildə Nuxada bolşevik təşkilatına üzv yazılıb.
Digər
1938-ci ildə haqsız olaraq həbs edilib. Uzun sürən araşdırmalardan sonra 1940-cı ildə həbsdən azad olunub.
Mükafatları
- Qızıl silah – Dövlət Təhlükəsizlik Komitəsinində xidmət edərkən (1920 – 1925) peşəkarlığına və nümunəvi fəaliyyətinə görə.
Vəfatı
1942-ci ildə cəbhəyə göndərilib və həmin il Kerç ətrafında gedən döyüşlərdə həlak olub.
Xatirəsi
1983-cü ildə 80 illik yubileyi keçirilib.
4 avqust 1994-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 41 ünvanındakı binaya Mirzə Əhməd bəy oğlu Əfəndiyevlə bağlı memorial lövhənin vurulmasına qərar verib.
19 dekabr 2008-ci il tarixdə barelyefin açılışı olub.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, barelyefin müəllifi, əməkdar rəssam Arif Qazıyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azərpaşa Nemətov, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İnqilab Kərimov və başqaları tədbirdə XX əsrdə milli teatrımızın və incəsənətimizin inkişafında Məmmədsadıq Əfəndiyevin xidmətlərindən danışıblar.
Şəkillər
Məmmədsadıq Əfəndiyevin 80 illiyi; soldan sağa: Fərəh Şəkinskaya, Barat Şəkinskaya, Süleyman Rüstəm, Ağa Sadıx Gəraybəyli, Şəmsi Bədəlbəyli, Məmməd Sadıxov, Həsən Ağayev, Məmməd Bağır müəllim (AzPİ-nin dosenti), Mərayim Fərzəlibəyov, – Aktyor evi, may, 1983-cü il. may.
İstinadlar
Ədəbiyyat
- Əfəndiyev Məmmədsadıq // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV cild. — Səhifələrin sayı: 616. — Səh.: 245. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmmədsadıq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 155 – 157. — 1.000 nüsx.
- "Azərbaycanın təhsil nazirləri/Məmmədsadıq Əhməd oğlu Əfəndiyev". https://www.muallim.edu.az/ (azərb.). Azərbaycan müəllimi. 26 Avqust 2011. 18 Sep 2017 tarixində arxivləşdirilib.
- "Teatrşünas Məmmədsadıq Əfəndiyevin barelyefinin açılışı olmuşdur". http://anl.az/ (azərb.). “Respublika” qəzeti. 20 dekabr 2008. 1 Dec 2020 tarixində arxivləşdirilib.
- İmruz Əfəndiyeva (2020). "Atam haqqında xatirələr". https://edebiyyatqazeti.az/ (azərb.). Ədəbiyyat qazeti. 1 Dec 2020 tarixində arxivləşdirilib.
- Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski (azərb.) // Ekspress : qəzet. — Bakı, 2012, 23 – 25 iyun. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış şair və yazıçılar
- 1902-ci ildə doğulanlar
- 5 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1943-cü ildə vəfat edənlər
- Mayda vəfat edənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr