Lütfəli Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:28, 8 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Lütfəli Abdullayev
Abdullayev Lütfəli Əmir oğlu
Lütfəli Abdullayev
Lütfəli Abdullayev
Doğum tarixi 22 mart 1914(1914-03-22)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 9 dekabr 1973 (59 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of Russia.svg Rusiya İmperiyasıFlag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti→Flag of the Soviet Union.svg SSRİ
Peşəsi aktyor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1960 "Qırmızı Əmək Bayrağı" ordeni  — 1959
IMDb ID 0008710

Abdullayev Lütfəli Əmir oğlu — Azərbaycan aktyoru,[1] Azərbaycanın xalq artisti (1960), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor.

Haqqında məlumatlar

22 mart 1914-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

Nuxada yeddillik məktəbi bitirib.

Yaradıcı fəaliyyəti

Teatr

Nuxada yeddillik məktəbi bitirdikdən sonra bir neçə ay Nuxa fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib.

1949-cu ilin yazında Milli Dram Teatrına keçib. Burada Tulio ("Rəqs müəllimi", Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib.

1951-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.

1956-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrınında fəaliyyət göstərib.

Kino

1945-ci ildə Rza Təhmasibin lentə aldığı “Arşın mal alan” filmində Vəli rolunu oynayıb. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefçilov) filmlərinə çəkilib.

Təltif və mükafatları

Vəfatı

9 dekabr 1973-cü ildə Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn edilib.

Xatirəsi

Bakıda adına küçə var.

2014-cü ildə Lütfəli Abdullayev haqqında “Ürəklərdə yaşayan sənətkar Lütfəli Abdullayev” adlı qısametrajlı səndəli fim çəkilmişdir.

13 fevral 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Filmoqrafiya

  1. Aktrisanın təbəssümü
  2. Arşın mal alan
  3. Bəşir Səfəroğlu
  4. Böyük ömrün anları
  5. Əhməd haradadır?
  6. "İmportnı" yaxud zırrama
  7. "Kazbek" qutusu
  8. Qəribə əhvalat
  9. Məktuba cavab
  10. O olmasın, bu olsun
  11. Payız konserti
  12. Ulduz
  13. Üzeyir ömrü
  14. Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev

Ədəbiyyat

Şablon:Yaxşı məqalə

  1. Sarıyeva, İ. Lütfəli Abdullayev sənətinə dövlət qayğısı... //Bakı xəbər.- 2015.- 5 noyabr.- S.15.