İpəkçi (qəzet)

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:33, 11 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Picto infobox newspaper.png
İpəkçi
Fayl:İpəkçi (qəzet).jpg
Format A2
Təsisçilər Şəki “İpək” şirkəti və M.Salis
Redaktor Aydın Məmmədov
Yaranma tarixi 1933
Dil Azərbaycan dili
Qiymət pulsuz
Səhifə 4
Tiraj 1250 (15.06.2013)
ipekchi.info

“İpəkçi” – ipəkçilik və ipək sənayesi xəbərləri üzrə ixtisaslaşmış qəzet. Sovet dövründə çoxtirajlı qəzet kimi nəşr olunub, Azərbaycan sovet mətbuatında Kommunist partiyasının atributlarından ilk dəfə imtina etmiş qəzetdir. 2012-ci ildən daha çox internet-qəzet kimi fəaliyyət göstərməkdədir.

Tarixi

“İpəkçi” qəzetinin 1-ci sayının üz səhifəsi

“İpəkçi” qəzetinin birinci sayı 13 mart 1933-cu il tarixdə çap olunub. Həmin vaxt “İpəkçi” qəzeti “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanıçoxtirajlı qəzet[1] idi. “İpəkçi” qəzetinin ilk redaktoru Rəsul Rəsullu olub; daha sonra – 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilib. Böyük Vətən müharibəsi ilə əlaqədar qəzetin çapı 1943-cü ildə dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə, yenidən bərpa edilib. 1958 – 1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı), 1965 – 2009-cu illərdə isə Salis Məmmədov olub. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur.

İnternetdə

2007-ci ildən qəzetin internet saytları fəaliyyət göstərir. 2018-ci ilin əvvəlində isə qəzetin rusca saytı da fəaliyyətə başlayıb.

Mükafatları

“İpəkçi” qəzetinin 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin təbrik məktubu.
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – “İpəkçi” qəzetinin 50 ilik yubileyi münasibəti ilə (1983).
  • Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təbrik məktubu – “İpəkçi” qəzetinin 60 ilik yubileyi münasibəti ilə (1993).

Maraqlı

“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli (№33 – 34 (1967 – 1968)) buraxılışında sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarından imtina edilmiş, həmin vaxta qədər “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olmuş qəzet, “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, o dövr üçün Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi.

İstinadlar

  1. Sovet mətbuatında müəssisə qəzetləri “çoxtirajlı qəzet” adlanırdı.