Əli Məsimli
Əli Məsimli | |||||||
---|---|---|---|---|---|---|---|
Əli Əhməd oğlu Məsimli | |||||||
Əli Məsimli | |||||||
Əli Məsimli | |||||||
|
|||||||
Sələfi | Rəhim Hüseynov | ||||||
Xələfi | Pənah Hüseynov | ||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 3 yanvar 1953 | ||||||
Doğum yeri | Nuxa (Şəki), Azərbaycan SSR, SSRİ | ||||||
Təhsili |
Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, siyasi-iqtisad fakültəsi ( – 1975) Azərbaycan SSR EA İqtisadiyyat İnstitutu, aspirantura ( – 1980) |
||||||
Elmi dərəcəsi | elmlər namizədi |
Əli Məsimli (Məsimli Əli Əhməd oğlu; d. 3 yanvar 1953-cü ildə, Nuxa, Azərbaycan SSR, SSRİ) — ictimai-siyasi xadim və dövlət xadimi, iqtisadiyyat elmləri namizədi; 1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının baş nazir əvəzi, baş nazirin birinci müavini, iqtisadiyyat naziri vəzifələrində çalışmışdır. Həmçinin, I – VI çağırış Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd olmuş, III – VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Haqqında məlumatlar
3 yanvar 1953-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
1975-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi-iqtisad fakültəsini,
1980-cı ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun aspiranturasını bitirib.
Elmi fəaliyyəti
1985-ci ildə “Məhsulun keyfiyyətinin stimullaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
İqtisadiyyatın aktual problemlərinə dair 1300-dən artıq elmi-nəzəri araşdırmanın, o cümlədən, elmi-kütləvi çalışmaların, təhlillərin, məqalələrin, açıqlamaların, müsahibə, çıxış və şərhlərin müəllifi, 3 kitabın və 1 broşüranın həmmüəllifidir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç, Rusiya, Türkiyə, Ukrayna, Latviya, Litva və digər ölkələrdə nəşr olunub. Aktual iqtisadi problemlərə dair ABŞ, Yaponiya, Almaniya, İngiltərə, Avstriya, Belçika, Hollandiya, Türkiyə, Macarıstan, Malayziya, Bolqarıstan, Ukrayna, Latviya, Litva, Estoniya, Gürcüstan, Moldovada məruzə və çıxışlar edib.
Əmək fəaliyyəti
1980 – 1991-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.
1991 – 1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışıb.
1993 – 2005-ci illərdə isə “Müstəqil İqtisadçılar Birliyi” İctimai Təşkilatının prezidenti olub. 2010-cu ildən “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” ictimai birliyinin həmtəsisçisi və rəhbəridir.
Milli Məclisdə fəaliyyəti
III – V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olarkən həm bir sıra qanunların müəllifi kimi qanun yaradıcılığı, həm seçicilərin hüquqlarının müdafiəsi və həm də digər fəaliyyətinə görə ən fəal 10 deputatdan biri, Milli Məclisin V çağırış tərkibi üzrə isə 14 ən fəali deputatından biri hesab edilib. Qanunvericilik fəaliyyəti sahəsində əldə etdiyi nəticələrə görə “Uğur” Milli Mükafatına layiq görülüb. O cümlədən, GUAM Parlament Assambleyası ilə Baltik Assambleyası arasında münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı səmərəli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində verdiyi töhfələrə görə Baltik Assambleyasının ali mükafatı olan medalla təltif edilib. Milli Məclisin Azərbaycan – Çin, Azərbaycan – Xorvatiya, Azərbaycan – İsveçrə, Azərbaycan – Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
“Sovet dövründən qalma əmanətlərin qaytarılmasına dair Təkliflər Paketi”, “Xarici valyutada olan kreditlərə görə güzəştlərin edilməsinə dair “Təkliflər Paketi”, “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayıb. Həmmüəllifi olduğu “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu” 2015-ci ildə Milli Məclis tərəfindən qəbul edilmişdir.
“Şəkinin 2011 – 2020-ci illər üzrə inkişaf proqramı”nın müəllifidir. Nazirlər Kabinetinin Milli Məclisdəki hesabatı və büdcə müzakirələri zamanı “Şəkinin 2011 – 2020-ci illər üzrə inkişaf proqramı”nda nəzərdə tutulan Şəkinin potensialından səmərəli istifadə edilməsi və onun regional mərkəzə çevrilməsinin aktual məsələlərini sistemləşdirərək təkliflər formasında qaldırmaqla yanaşı, həm də aidiyyəti orqanlara göndərmiş və əksər təkliflərinin reallaşdırılmasına nail ola bilmişdir.
Ailəsi
Evlidir, 2 övladı var.
İstifadə edilmiş mənbələr
- Məmmədov Ə., Xalıqov F. Məsimli Əli // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 407 – 408. — 1.000 nüsx.
- "Müstəqil Azərbaycanın üçüncü Baş naziri - Əli Əhməd oğlu Məsimli + DOSYE" (azərb.). enter.news. 2017-05-21. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.[[pl Əli Məsimov]]
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış dövlət xadimləri
- İşləməyən fayl keçidləri olan səhifələr
- 3 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1953-cü ildə doğulanlar
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Nuxada doğulanlar
- Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatları
- Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatları
- 113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)