Ələfsər Məmmədov
Ələfsər Məmmədov | |
---|---|
Məmmədov Ələfsər Bəxtiyar oğlu | |
Ələfsər Məmmədov | |
Doğum tarixi | 4 yanvar 1952 |
Doğum yeri | Oxud, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 12 yanvar 2021 |
Vəfat yeri | Bakı şəhəri, |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
İş yeri | AMEA akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu, baş elmi işçi |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, kimya fakültəsi ( – 1973) Azərbaycan SSR EA Kimya Problemləri İnstitutu, əyani aspirantura (1973 – 1977) |
Ələfsər Məmmədov – kimya elmləri doktoru, professor, AMEA akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunun baş elmi işçisi. Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifidir.
Haqqında məlumatlar
4 yanvar 1952-ci il tarixdə Nuxa rayonunun Oxud kəndində anadan olub.
Təhsili
1969-cu ildə Oxud kənd orta məktəbini,
1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib.
1973 – 1977-ci illərdə Azərbaycan SSR EA Kimya Problemləri İnstitutunun əyani aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti
1980-cı ildə Tbilisi Dövlət Universitetində namizədlik,
1994-cü ildə AMEA Kimya Problemləri İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.
124 elmi əsəri çap olunub (27-si xarici elmi nəşrlərdə, 18-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla).
Əmək fəaliyyəti
2014-cü ildən AMEA akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
İkinci iş yerləri
Müxtəlif illərdə Su Təsərrüfatı və Meliorasiya Nazirliyinin Su Problemləri İnstitutunda məsləhətçi vəzifəsində işləyib.
1998 – 2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə professor vəzifəsində çalışıb.
2011-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tədris şöbəsində əvəzçiliklə professor vəzifəsində çalışır.
Digər
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə ekspert komissiyasının,
Bakı Dövlət Universitetində fəaliyyət göstərən kimya üzrə fəlsəfə və elmlər doktoru üzrə Dissertasiya Şurasının,
AMEA Radiasiya Problemləri İnstitutunda Elmi seminarın,
Neft-Kimya Prosesləri İnstitutunda Elmi seminarın,
AMEA akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda Elmi seminarın
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Ziyalılar Şurasının üzvü üzvüdür.
Təltif və mükafatları
- Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı (2011);
- AMEA İqtisadiyyat İnstitutunun “Fəxri Diplomu” (2011);
- Bakı Dövlət Universitetin Fəxri fərmanı (2012).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Ələfsər // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 259 – 260. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- "Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmlər doktorları/Məmmədov Ələfsər Bəxtiyar oğlu". http://www.science.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 21 oktyabr 2020-ci il tarixində arxivləşdirilib.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- 4 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1952-ci ildə doğulanlar
- 2021-ci ildə vəfat edənlər
- 12 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr