Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Süleyman Eldarov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Süleyman Eldarov
Eldarov Süleyman Əsgər oğlu
Süleyman Eldarov
Süleyman Eldarov, 1970-ci il.
Doğum tarixi 10 yanvar 1922(1922-01-10)
Doğum yeri Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1920-1921).svg Azərbaycan SSR
Vəfat tarixi 1995(1995-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (73 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Hərbi fəaliyyəti
Qoşun növü artilleriya
Rütbə Şablon:РККА, Сержант
Hərbi hissə artilleriya
Təltifləri I dərəcəli "Vətən Müharibəsi" ordeniSU Order of Glory ribbon.svgSU Order of Glory ribbon.svgSU Order of Glory ribbon.svg"İgidliyə görə" medalı

Süleyman Eldarov (1922 – 1995) — SSRİ “Şöhrət” ordeninin tam kavaleri, hansı ki, bu Sovet İttifaqı Qəhrəmanı adına bərabər tutulur. Böyük Vətən müharibəsində (1941 – 1945) 38-ci sovet ordusunun 829-cu artilleriya polkunun 211-ci atıcı diviziyasında top komandirinin müavini (rus.: наводчик), top komandiri olmuş, 24 iyun 1945-ci il tarixdə Qızıl meydanda (Moskva) keçirilən Qərəbə paradında iştirak etmişdir. Sovet ordusundan təxris edilərkən serjant (çavuş) əsgəri rütbəsinə malik olub.

Haqqında məlumatlar

10 yanvar 1922-ci ildə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

Nuxada orta təhsil alıb.

Böyük Vətən müharibəsində

9 yanvar 1942-ci il tarixində hərbi xidmətə çağırılıb.

18 aprel 1944-cü il tarixdə 829-cu artilleriya polkunun (211-ci atıcı diviziyası, 38-ci ordu, I Ukrayna cəbhəsi) yefreytoru idi və onun daxil olduğu topçu heyət düşmənin Çernelisa[1] yaşayış mantəqəsinə üç əks-hücumunu dəf etmiş, hitlerçi avtomatçıların azı bir bölüyünü (10 – 12 nəfərlik dəstə) məhv etmişdir.

24 iyul 1944-cü il tarixdə, gecə Lvov şəhərinin 13 km cənubundakı Zaqruje kəndində onun daxil olduğu topçu heyət 15-dən çox hitlerçini məhv edib. Həmin vaxt 829-cu artilleriya polkunun top komandirinin müavini idi.

26 iyul 1944-cü il tarixdə, Lvov şəhərindən 13 km cənubunda yerləşən Lipinki yaşayış məntəqəsi yaxınlığında düşmənin iki əks-hücumunu dəqiq atəşlərlə dəf edib. Bu isə atıcı bölmələrin Lvov – Strıy magistral yolunu tutmasına imkan yaradıb. Bu döyüşdə yaralansa da döyüş meydanını tərk etməyib.

9 fevral 1945-ci il tarixdə Polşanın Rabka şəhərindən 10 kilometr cənubda yerləşən Yasenisa kəndi yaxınlığında baş verən döyüşlərdə 829-cu artilleriya polkunun top komandiri (211-ci atıcı diviziyası, 38-ci ordu, IV Ukrayna cəbhəsi) serjant Süleyman Eldarovun başçılıq etdiyi topçu heyət əsas qüvvələrlə əlaqəni itirsələr də, üç gün ərzində düşmənin doqquz əks-hücumunu dəf etmiş, düşmənin, zirehli nəqliyyat vasitəsini və avtomobili sıradan çıxarmış, faşistlərin azı bir taqımını məhv etmişdir.

Siyasi aktivliyi

1944-cü ildən ÜK(b)P-nın üzvü olub.

Təltifləri

Ədəbiyyat

  1. indiki İvano-Frankov vilayəti (Ukrayna)