Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Niyazi Bədəlov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:21, 16 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Niyazi Bədəlov
Bədəlov Niyazi Mustafa oğlu
Niyazi Bədəlov
Niyazi Bədəlov
Doğum tarixi 10 iyul 1909(1909-07-10)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 2 noyabr 1997 (88 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi rejissor
Təhsili Dövlət Kinematoqrafiya İnstitutu(ru) (1931 – 1936, Moskva)
Fəaliyyət illəri 1938 – 1989

Niyazi Bədəlov (Bədəlov Niyazi Mustafa oğlu; 10 iyul 1909-cu ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası –ö. 2 noyabr 1997-ci ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan sovet sənədli filmlər rejissoru.

Haqqında məlumatlar

10 iyul 1909-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

1931 – 1936-cı illərdə Dövlət Kinematoqrafiya İnstitutunda(ru) (Moskva) təhsil alıb.

İş yerləri

1927-ci ildə Nuxadakı “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilib.

1936-cı ildən isə Bakıda “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb.

1938 – 1939-cu illərdə Azərbaycan Dövlət Teatr Texnikumunun kino aktyorluğu şöbəsində kino texnikası fənnindən dərs deyib.

1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin sərəncamı ilə özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaratmış, bir müddət həmin teatrın bədii rəhbəri vəzifəsində işləmişdir.

Yaradıcılığı

“Azərbaycanfilm” kinostudiyasında əvvəlcə “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini çəkib. Daha sonra isə H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, işi başa çatdıra bilməyiblər. Lakin Niyazi Bədəlov çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmi hazırlayıb. Film Böyük Vətən müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunub. “Sovqat” bədii filmi istisna olmaqla Niyazi Bədəlov bütün rejissor fəaliyyəti boyu yalnız sənədli filmlərin çəkilişi ilə məşğul olmuşdur.

1941-ci ilin əvvəllərində “Böyük həyat”, “Tüfəngli adam”, “Oyanmış torpaq” və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.

Ümumilikdə 40-a qədər sənədli film, “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkib.

Filmoqrafiya

Linklər

Rejissor kimi

  1. Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film).
  2. Niyazi BədəlovKomsomol nəsli (film, 1938) (qısametrajlı sənədli film).
  3. Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film).
  4. Biz Bakını müdafiə edirik (film, 1942) (qısametrajlı sənədli film).
  5. Sovqat (film, 1942) (qısametrajlı bədii film).
  6. General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film).
  7. Bakıda tikinti (film, 1946) (sənədli film).
  8. Dağlıq Qarabağ (film, 1948) (qısametrajlı sənədli film).
  9. Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film).
  10. Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film).
  11. İlk müjdələr (film, 1960) (qısametrajlı sənədli film).
  12. Yeddiilliyin adamları və illəri (film, 1960) (qısametrajlı sənədli film).
  13. Bizim mayaklar (film, 1961) (qısametrajlı sənədli film).
  14. 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film).
  15. Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film).
  16. Dostluq yolu ilə (film, 1964) (qısametrajlı sənədli film).
  17. Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film).
  18. Kirov Azərbaycanda (film, 1966) (qısametrajlı sənədli film).
  19. Hanı mənim övladlarım? (film, 1967) (tammetrajlı sənədli film).
  20. Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968) (qısametrajlı sənədli film).
  21. Xalq şairi Səməd Vurğun (film, 1969) (qısametrajlı sənədli film).
  22. Lenin bizimlədir (film, 1970) (qısametrajlı sənədli film).
  23. Dağlarda ada (film, 1971) (qısametrajlı sənədli film).
  24. Dostluq telləri (film, 1971) (qısametrajlı sənədli film).
  25. Əli Bayramlı (film, 1971)(I) (qısametrajlı sənədli film).
  26. Bizim katib (film, 1972) (qısametrajlı sənədli film).
  27. Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film).
  28. Onun adı Serafino idi (film, 1974) (qısametrajlı sənədli film).
  29. Şərəfli yol (film, 1974) (qısametrajlı sənədli film).
  30. Şəki heyvandarlıq kompleksi (film, 1975) (qısametrajlı sənədli film).
  31. Üzüm tənəyinin xəstəlikləri (film, 1975) (qısametrajlı sənədli film).
  32. Üç qardaş (film, 1976) (qısametrajlı sənədli film).
  33. Estafet (film, 1982) (qısametrajlı sənədli film).
  34. Əbədi iz (film, 1985) (qısametrajlı sənədli film).
  35. Xəzər üzərində körpü (film, 1988) (qısametrajlı sənədli film).

Azərbaycan dilinə dublyajın rejissoru kimi

  1. Bakılılar (film, 1938) (tammetrajlı bədii film).

Ssenari müəllifi kimi

  1. Komsomol nəsli (qısametrajlı sənədli film).
  2. Sovet gimnastları (qısametrajlı sənədli film).
  3. General Həzi Aslanov (qısametrajlı sənədli film).
  4. Dağlıq Qarabağ (qısametrajlı sənədli film).
  5. Məhəmməd Füzuli (qısametrajlı sənədli film).
  6. İlk müjdələr (qısametrajlı sənədli film).
  7. Yeddiilliyin adamları və illəri (qısametrajlı sənədli film).
  8. Bizim mayaklar (qısametrajlı sənədli film).
  9. Dostluq yolu ilə (qısametrajlı sənədli film).
  10. Kirov Azərbaycanda (qısametrajlı sənədli film).
  11. Hanı mənim övladlarım? (tammetrajlı sənədli film).
  12. Azərbaycan pedaqoji institutu-50 (qısametrajlı sənədli film).
  13. Burada başlanmışdır (qısametrajlı sənədli film).
  14. Estafet (qısametrajlı sənədli film).
  15. Əbədi iz (qısametrajlı sənədli film).

İkinci rejissor kimi

  1. Ordenli Azərbaycan (qısametrajlı sənədli film).

Rejissor assistenti kimi

  1. Xəzər dənizçiləri (tammetrajlı sənədli film).

Bədii rəhbər kimi

  1. Uzunömürlülər (qısametrajlı sənədli film).

Aktyor kimi

  1. Əlaqə (tammetrajlı bədii film) (rol: qoca).

Xatirəsi

24 iyul 2009-cu il tarixdə Bakıdakı Muzey Mərkəzində 100 illik yubileyi qeyd edilmişdir; Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quluyev, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və başqaları Niyazı Bədəlovun Azərbaycan kinosuna töhfələrindən danışmış, onun xidmətlərini yüksək qiymətləndirmişlər.

Ədəbiyyat

  • Məmmədov Ə., Xalıqov F. Bədəlov Niyazi // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 59 – 60. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  • "NİYAZİ BƏDƏLOVUN 100 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR". azertag.az (azərb.). azertag.az. 24.07.2009. 9 Jul 2020 tarixində arxivləşdirilib.
  • Mete Ə. Azərbaycan kinosunun veteranı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 495 – 497. — 500 nüsx.

Şablon:Yaxşı məqalə