Muxtar Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}} {{Şəxs |Adı = Muxtar Abd...' ilə yarat) tərəfindən edilmiş 00:55, 2 mart 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Muxtar Abdullayev
Abdullayev Muxtar Nağı oğlu
Muxtar Abdullayev
Anadan olub 1896(1896-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 12 oktyabr 1937 (41 yaşında)
Vəfat etdiyi yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi güllələnmə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı

Muxtar Abdullayev (1896 – 1937) — Azərbaycan sovet dövlət xadimi. Müxtəlif illərdə Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında rəis müavini, Qazax, Şamxor, Göyçay rayon və Nuxa şəhər sovetinin icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb.

Haqqında məlumatlar

1896-cı ildə Nuxada anadan olub.

Təhsili

Nuxada rus-tatar məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

Muxtar Abdullayev.

1920 – 1935-ci illərdə, müxtəlif vaxtlarda, Dağıstan MSSR-in Xasavyurt rayonunun poçt rəisi, Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında rəis müavini, Zaqatala-Şəki mahalının prokuroru, Qazaxda, Şamxorda və Göyçayda rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb.

1935 – 1937-ci illərdə Nuxa şəhər Soveti İcraiyyə Komitəsinin sədri olub.

Həbs edilməsi və güllələnməsi və bəraət alması

16 avqust 1937-ci il tarixdə siyasi ittihamlarla həbs edilib.

12 oktyabr 1937-ci il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə əmlakı müsadirə olumaqla güllələnib.

6 iyun 1957-ci il tarixdə, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən, 1937-ci ildə onun barəsində qaldırılmış cinayət işinə cinayət tərkibi olmadığına görə xitam verib.

Partiyalığı

1925-ci ildən ÜİK(b)P-nın üzvü olmuş, 16 avqust 1937-ci il tarixdə həbs edildikdən üç gün sonra – 19 avqust 1937-ci il tarixdə, pariyadan xaric edilmişdir. 6 iyun 1957-ci il tarixdə – ölümündən sonra, bəraət aldıqdan on ay sonra – 15 aprel 1958-ci il tarixdə, Sov.İKP üzvlüyü bərpa olunub.

1937-ci ildə həbs edilərkən ailə tərkib

Oğulları: Məmməd – 13 yaş, Barat – 10 yaş, Yaqub – 15 yaş, Əhməd – 9 yaş, Qüdrət – 8 yaş, Firuddun – 5 yaş.

Qızları: Rəfiqə – 7 yaş, Rəna – 6 aylıq.

Ədəbiyyat

  1. Mete Ə. Muxtar Abdullayev // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 389 – 390. — 500 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Abdullayev Muxtar // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 29. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. "Абдуллаев Мухтар Наги оглы (1896)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 01 Mar 2021 tarixində arxivləşdirilib.