Yaşar Bilalov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 22:47, 10 aprel 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yaşar Bilalov
Bilalov Yaşar Mahmud oğlu
Yaşar Bilalov
Yaşar Bilalov.
Doğum tarixi 29 sentyabr 1936(1936-09-29)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

Azərbaycan Sənaye İnstitutu, kimya-texnologiya fakültəsi (1955–1957)

M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutu (1957–1961)

M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutu, aspirantura (1962–1965)

Yaşar Bilalov — kimyaçı alım-pedaqoq, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi. Uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasın müdiri vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

29 sentyabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1955-ci ildə Nuxa şəhər M.F.Axundov adına 2 №-li orta məktəbini bitirib.

1955-ci ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olub.

1957-ci ildən M.V.Lomonosov adına Moskva Zərif kimya Texnologiyası İnstitutunda təhsilini davam etdirib.

1962 – 1965-ci illərdə M.V.Lomonosov adına Moskva Zərif kimya Texnologiyası İnstitutunun aspiranturasına təhsil alıb.

Elmi fəaliyyəti

1965-ci ildə “Protektor rezinlərinin tərkibinin onların mexaniki xassələrinə təsirinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını, müdafiə edib.

1987-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1988-ci ildə professor elmi adını alıb.

400-dən artıq elmi əsərin, o cümlədən, dərs vəsaitinin müəllifidir.

Tədqiqatları polimerlərin modifikasiyası, onların əsasında müxtəlif məqsədli kompozisiyalar alınmasına həsr olunub.

20-dən çox elmlər namizədinin və elmlər doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti

1961 – 1962-ci illərdə Bakı şin zavodunda işləyib.

1965-ci ildən M.Əzizbəyov adına Azərbaycan Nef və Kimya İnstitutundə işləməyə başlayıb; əvvəl yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasında müəllim, sonra baş müəllim, daha sonra dosent,

1972-ci ildən isə kafedranın müdiri,

1977 – 1982-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı,

1988-ci ildən professor vəzifələrində çalışıb.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Bilalov Yaşar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 72 – 74. — 1.000 nüsx.
  2. Mete Ə. Fəxri kimyaçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 289 – 290. — 500 nüsx.
  3. Bilalov Yaşar Mahmud oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2013. —IV  c. — Səh. 34. — ISBN 978-9952-441-03-1.