Məmməd Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 00:25, 14 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmməd Hacıyev
Hacıyev Məmməd (Məhəmməd) Cəbrayıl oğlu
Məmməd Hacıyev
Məmməd Hacıyev.
Anadan olub 8 may 1890(1890-05-08) (26 aprel)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 1955(1955-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (64 yaşında)
Vəfat etdiyi yer Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of Russia.svg Rusiya İmperiyasıFlag of the Soviet Union.svg SSRİ
Təhsili Novorossiya Universiteti (Odessa), tibb fakültəsi (1911–1916)
Mükafatları Əmək qəhrəmanı
"Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1942

Məmməd Hacıyev (1890–1954) — tanınmış həkim, Əmək qəhrəmanı, Azərbaycan SSR əməkdar həkimi, Nuxa şəhər xəstəxanasının baş həkimi.

Haqqında məlumatlar

8 may (26 aprel) 1890-cı ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1903 – 1911-ci illərdə Kerç Aleksandr gimnaziyasında,

1911 – 1916-cı illərdə isə Novorossiya Universitetinin (Odessa) tibb fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1916 – 1924-cü illərdə əvvəl iki ay Odessadakı poliklinikalardan birində həkim, sonra Kerç şəhərindəki xəstəxananın baş həkimi, daha sonra isə Nəriman Nərimanovun dəvəti ilə Bakıya gələrək bir-neçə il Bakıdakı xəstəxanalarda həkim işləyib.

1924 – 1954-cü illərdə Nuxa şəhər xəstəxanasının[1] baş həkimi olub.

Təltif və mükafatları

  • Əmək qəhrəmanı adı (1928—1938-ci illər arasında);
  • Azərbaycan SSR əməkdar həkimi (1942);
  • orden və medallar.

Vəfatı

1954-cü ildə − 64 yaşında, Nuxada vəfat edib.

Xatirəsi

1968-ci ildə Şəki Mərkəzi Rayon Xəstəxanasına onun adı verilib. Daha sonra Şəki Mərkəzi Rayon Xəstəxanası qarşısında büstü qoyulub və Şəkidəki bir küçəyə də adı verilib.

Ailəsi

  • Atası: Cəbrayıl Hacı (Əbdül)cabbar oğlu (1855–?) – 2-ci gildiya tacir (bu rütbəni ona 30 dekabr 1910-cu ildə Kerç Şəhər İdarəsi vermişdir).
  • Anası: Tutu Usta Lətif qızı.
  • Oğlu: Fevzi Hacıyev – tanınmış cərrah, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərrahiyyə kafedrasında dosenti.
  • Qızı: Faimə Hacıyeva – göz həkimi (uzun müddət Bakı şəhər 4 №-li klinik xəstəxanasında göz xəstəlikləri şöbəsinin müdiri olub).

Qeydlər

  1. Bu illərdə xəstəxana əvvəl “Nuxa Xalq Xəstəxanası”, 7 dekabr 1926-cı il tarixdən “Qədirli adına Nuxa Xalq Xəstəxanası”, 1942-ci ildən Mirzə Fətəli Axundov adına Nuxa şəhər xəstəxanası və s. adlanmışdır (Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.)

Ədəbiyyat

  1. Mete Ə. Ənənələr yaşayır // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 331 – 333. — 500 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Hacıyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 152. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. Mərdanov M.C., Tahirzadə Ə.Ş. HACIYEV Məhəmməd Cəbrayıl oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 149 – 152.

Şablon:Yaxşı məqalə