Rövzət Dəmirçizadə

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:05, 14 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rövzət Dəmirçizadə
Dəmirçizadə Rövzət Əzəl oğlu
Rövzət Dəmirçizadə
Rövzət Dəmirçizadə.
Doğum tarixi 3 yanvar 1939(1939-01-03)
Doğum yeri Nuxa, , Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 15 aprel 2010 (71 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Əbdüləzəl Dəmirçizadə
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi
Fəaliyyəti şair

Rövzət Dəmirçizadə (1939–2010) — 8 şeir kitabının müəllifi, məşhur dilçi alim, akademik Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu və oğulluğu. 20 yaşında olarkən bədbəxt hadisə nəticəsində ömürlük şikəst olmuş və bundan sonra ancaq əlil arabası ilə hərəkət etmişdir.

Haqqında məlumatlar

3 yanvar 1939-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

Nuxa şəhər 2 №-li orta məktəbini bitirib.

1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, lakin 2 il sonra səhhəti ilə bağlı olaraq təhsilini yarımçıq buraxıb.

Sonralar V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb.

Yaradıcılığı

İlk şeirlər kitabı 1968-ci ildə, səkkizinci və sonuncu kitabı isə 2008-ci ildə nəşr olunub.

Şəkidə nəşr olunan “Şəki fəhləsi”, “İpəkçi”“Şəkinin səsi” qəzetlərində müxtəlif vaxtlarda onlarla şeiri dərc edilib.

Kitabları

  1. Qatarda (1968);
  2. Tut ağacım (1971);
  3. Səhər duyğuları (1974);
  4. Səslər (1978);
  5. Çörək ətri (1981);
  6. Ürəyimdə yaşayanlar (1986);
  7. Arzu gülü (1990);
  8. Dünyaya və özümə bir baxış (2008).

Vəfatı

15 aprel 2010-cu il tarixdə – 71 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə