Səyyarə Rəşidova

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:25, 8 iyun 2021 tarixli dəyişiklik

Səyyarə Rəşidova (1923–1996) — Böyük Vətən müharibəsi illərində və müharibədən sonrakı onilliklərdə Nuxada məsul vəzifələrdə çalışmış qadın kadr; Nuxa radio verilişləri müvəkkili, Nuxa rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinin (rus.: организационно-инструкторский отдел) müdiri və s. vəzifələrdə işləyib. Daha sonra Bakıya köçmüş, Bakı şəhər sovetində, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Səyyarə Rəşidova
Rəşidova Səyyarə İsmayıl qızı
Səyyarə Rəşidova
Səyyarə Rəşidova.
Doğum tarixi 1923(1923-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR
Vəfat tarixi 30 noyabr 1996 (73 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Nuxa Pedaqoji Texnikumu (–1941)

Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1964–)

Haqqında məlumatlar

1923-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1941-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.

1964-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub.

Əmək fəaliyyəti

1942 – 1945-ci illərdə Nuxa radio verilişləri müvəkkili vəzifəsində işləyib.

1950-ci ildə Nuxa rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinin (rus.: организационно-инструкторский отдел) müdiri vəzifəsinə təyin olunub.

1956-cı ildə Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Kirov adına artelə işə keçirilib.

1964-cü ildə Bakı şəhər sovetində instruktor vəzifəsinə təyin olunub.

Vəfatı

30 noyabr 1996-cı il tarixdə – 73 yaşında, Bakıda vəfat edib. Bakı şəhərində dəfn olunub.