Cövdət Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Filmoqrafiya) tərəfindən edilmiş 15:06, 10 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Cövdət Hacıyev
Hacıyev Əhmədcövdət İsmayıl oğlu
Cövdət Hacıyev
Cövdət Hacıyev, 1962-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyun 1917(1917-06-18)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 18 yanvar 2002 (84 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Bakı
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Peşəsi bəstəkar
Uşaqları İsmayıl Hacıyev, Pərvin Muradova-Dilbazi

Üslub simfoniya, opera
Musiqi aləti skripka
Fəaliyyət illəri 1935 – 2002
Təhsili

L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyası (1935 – 1938)

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası (1938–1941; 1946–1947)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1960 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı Stalin mükafatı — 1946 Stalin mükafatı — 1952
Lenin ordeni "Qırmızı Əmək Bayrağı" ordeni  — 1959 "Şərəf Nişanı" ordeni  — 1961
“Şöhrət” ordeni (Azərbaycan)

Cövdət Hacıyev (1917–2002) — görkəmli sovet və Azərbaycan bəstəkarı, ikiqat “Stalin” mükafatı laureatı, Azərbaycan SSR xalq artisti, Azərbaycan musiqi simfoniyasının banilərindən biri, professor. 1957–1969-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasın rektoru olmuşdur.

Haqqında məlumatlar

18 iyun 1917-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1935 – 1938-ci illərdə L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyasında,

1938 – 1941-ci və 1946 – 1947-ci illərdə isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb[1].

Əmək fəaliyyəti

1947-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1957 – 1969-cu illərdə isə konservatoriyanın rektoru olub.

Yaradıcı fəaliyyəti

Hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələmişdir.

Səkkiz simfoniyanın müəllifidir; “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. “Şəhidlər” simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. “Onu zaman seçib” adlı səkkizinci simfoniyası isə Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.

Bir sıra simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün əsərlərin də müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir.

Mükafatları

Vəfatı

18 yanvar 2002-ci il tarixdə – 84 yaşında, Bakıda vəfat edib.

Ailəsi

  • Həyat yoldaşı: Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti;
  • Oğlu: İsmayıl Hacıyev, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor;
  • Qızı: Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru.

Xatirəsi

ABŞ-ın Vivian Fang Liu (Kolumbiya Universitetinin magistri – pianoçu ), Həqiqət Məhərrəmova (Atatürk Universitetinin Gözəl sənətlər fakültəsinin professor-doktoru), Pərvin Muradova-Dilbazi, Cahangir Zülfüqarov (bəstəkar – Oqtay Zülfüqarovun oğlu, əməkdar incəsənət xadimi ) və digər şəxslər Şəki Pedaqoji Kollecində tələbələrlə və Şəkinin media təmsilçiləri ilə görüşdə, 11 iyul 2018.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].

Filmoqrafiya

  1. Ordenli Azərbaycan (film, 1938)

İstinadlar və qeydlər

  1. 1941-ci ildə Almaniyanın SSR-yə hücum etməsi nəticəsində Moskva Dövlət Konservatoriyasında təhsilini yalnız müharibədən sonra davam etdirə bilib, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib
  2. president.az (07.02.2017). ""Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2017-ci il tarixli, 2657 nömrəli Sərəncamı" (azərb.). e-qanun.az. İstifadə tarixi: 2018-09-30.

Şablon:Yaxşı məqalə