Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Hikmət Əbdülhəlimov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 07:10, 11 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Hikmət Əbdülhəlimov
Hikmət Əbdülhəlimov
Hikmət Əbdülhəlimov
Doğum tarixi 17 iyul 1937 (1937-07-17) (86 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı

Hikmət Əbdülhəlimov (Əbdülhəlimov Hikmət Əhməd oğlu; d.  17 iyun 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — təqaüdçü, sabiq dövlət məmuru, Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və bir sıra məsul vəzifələrdə işləyib. “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), Şəki gülməçələri (Bakı, 1998) adlı kitabçaları nəşr olunub. Eləcə də, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin, “Şəki folkloru” kitabının toplayıcısı və tərtibçilərindən biridir. “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə folklora dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub.

Qısa tərcümeyi-halı

1939-cu ildə Nuxanda anadan olub.

1956-cı ildə 3 saylı baramaaçan fabrikində fəhləliyə başlayıb.

1958 – 1961-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.

1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi vəzifəsində işləyib.

1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

1969 – 1992-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat, təşviqat və təşkilat şöbəsində müdiri, Şəki Şəhər İcra Hakimiyyəti aparatında ümumi şöbənin rəisi vəzifələrini tutub.

Daha sonra Bakı Telefon Rabitəsi İstehsal Birliyinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Mükafatları

  • “Qırmızı Əmək bayrağı” ordeni;
  • “Şərəf nişanı” ordeni;
  • “Rəşadətli əməyə görə” medalı.

Mənbə

  • Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 108-109.