Səadət Əsgərzadə

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 16:09, 17 iyul 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Səadət Əsgərzadə
Əsgərzadə Səadət Məmməd Əmin qızı
Səadət Əsgərzadə
Səadət Əsgərzadə.
Doğum tarixi 14 oktyabr 1949 (1949-10-14) (75 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması laboratoriyası (laboratoriya müdiri)
Elmi dərəcəsi texnika elmləri doktoru
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (1966–1971)
Atası Məmmədəmin Əsgərzadə
Mükafatları XTNS bürünc medalı — 1985"Əmək veteranı" medalı"Tərəqqi" medalı

Səadət Əsgərzadə — texnika elmləri doktoru, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması laboratoriyasının müdiri.

Haqqında məlumatlar

14 oktyabr 1949-cu il tarixdə Bakıda anadan olub.

Təhsili

1966-cı ildə Bakı şəhər 175 №-li orta məktəbini bitirib.

1966 – 1971-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsində təhsil alıb.

1971-ci ildə aspiranturaya qəbul olunub.

Elmi fəaliyyəti

1977-ci ildə “Katalitik krekinq benzinləri əsasında etilləşmiş yüksək oktanlı Aİ-93 benzinləri alınmasının kompleks sxemlərinin işlənib hazırlanması” mövzusunda nəmizədlik dissertasiyasını,

2007-ci ildə isə “Yüksək keyfiyyətli yanacaq və yağlarımn istehsalını təmin edən Azərbaycanın Neft Emalı zavodlarında neftin səmərəli emal sxemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

87 çap olunmuş elmi əsərin müəllifidir. O cümlədən, onlardan 13-ü xaricdə çap olunub.

Əmək fəaliyyəti

1971-ci ildə təyinatla Azərbaycan SSR EA Neft və Kimya Prosesləri İnstitutunda işləməyə göndərilib; o cümlədən, bu institutda əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi,

1993-cü ildən isə neftin kompleks emalı və texniki-iqtisadi tədqiqatlar laboratoriyasının müdiri olub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əsgərzadə Səadət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 148 – 150. — 1.000 nüsx.
  2. Neft-Kimya Prosesləri İnstitutunun elmlər doktorları/Əsgərzadə Səadət Məmməd Əmin qızı : [arx. 17.07.2021] : [azərb.] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 17.07.2021.