Akif Salam
Akif Salam | |
---|---|
Salamov Akif Salam oğlu | |
Akif Salam | |
Akif Salam. | |
Anadan olub | 24 iyul 1950 |
Anadan olduğu yer | Kiçik Dəhnə, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), jurnalistika fakültəsi (–1972) • Bakı Ali Partiya Məktəbi (1983–1986) |
Mükafatları |
|
Akif Salam — Azərbaycan Respublikasının əməkdar jurnalisti, “Şəki” qəzetinin baş redaktoru, millət vəkili Cavanşir Feyziyevin köməkçisi.
Haqqında məlumatlar
24 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiçik Dəhnə kəndində anadan olub.
Təhsili
1967-ci ildə Kiçik Dəhnə kənd orta məktəbini,
1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.
1983 – 1986-cı illərdə Bakı Ali Partiya Məktəbində qiyabi təhsil alıb.
Əmək fəaliyyəti
1972-ci ildən “Şəki fəhləsi”/“Şəki” qəzetinin redaksiyasında işləyir,
1992-ci ildən isə həmin qəzetin baş redaktorudur.
2010-cu ildən həm də millət vəkili Cavanşir Feyziyevin köməkçisi vəzifəsində çalışır.
Təltif və mükafatları
- Ümumittifaq LKGİ-nın Ulyana Qromova adına mükafatı;
- “Qızıl qələm” mükafatı;
- “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adı (2015).
- “Tərəqqi” medalı (2020).
Ictimai-siyasi aktivliyi
YAP-ın üzvüdür.
Ailəsi
Ailəlidir, beş övladı var.
Ədəbiyyat
- Orsər R. Akif Salam // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 531 – 534. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 24 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1950-ci ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar jurnalistləri
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr