Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Zaur Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:20, 25 avqust 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Zaur Əhmədov
Əhmədov Zaur Oktay oğlu
Zaur Əhmədov
Zaur Əhmədov, 2019-cu il.
Doğum tarixi 26 avqust 1989 (1989-08-26) (34 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (bakalaviat, 2006–2011)

Zaur Əhmədov - ali təhsilli rəssam, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin rəssam-keramisti (2018-ci ildən).

Haqqında məlumatlar

26 avqust 1989-cu il tarixdə Şəkidə anadan olub.

Təhsili

1995 – 2006-cı illərdə Şəki şəhər 17 saylı orta məktəbində oxuyub.

2000 – 2005-ci illərdə Şəki Uşaq İncəsənət Məktəbində rəssamlığın sirlərini öyrənib.

2006 – 2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb.

Yaradıcılığı

2011 – 2013-cü illərdə zərgərlik fəaliyyəti ilə məşğul olub, bu istiqamətdə lazımi peşə təcrübəsinə yiyələnib.

2013 – 2015-ci illərdə daş üzərində Şəki rayonunun təbiəti, arxitekturası və tarixi ilə bağlı müxtəlif peyzajlar hazırlamışdır.

2015 – 1017-ci illərdə yaradıcılığını Şəki Dövlət Rəsm Qalereyasında bərpaçı-rəssam kimi davam etdirib.

2018-ci ildən Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində əvvəl baş təlimçi işləyəb, sonra isə keramist rəssam kimi fəaliyyət göstərməyə başlayıb.

İctimai fəaliyyəti

Şəki sənətkarlarını və proqressiv gəncliyi bir çətir altında toplama ambisiyasını özündə birləşdirən ArtClub Kafe – Emalatxana konseptinin Asim Abbasovla birgə həmtəsisçisidir.

Digər

Həm də divar üzərində dizayn işləri ilə və fərdi şəkildə “ABAD” brendi altında suvenir istehsalatı ilə məşğuldur.

Yaradıcılıq fəaliyyəti boyunca ölkə daxilində müxtəlif sərgilər və festivallarda iştirak edib.