Cəfərqulu xan Xoyski
Cəfərqulu xan Xoyski | |||||
---|---|---|---|---|---|
Cəfərqulu xan Dünbili | |||||
|
|||||
Sələfi | Hüseynqulu xan | ||||
Xələfi | Xanlıq ləğv olunub. | ||||
|
|||||
Sələfi | Səlim xan | ||||
Xələfi | İsmayıl xan Xoyski | ||||
Varisi | İsmayıl xan Xoyski | ||||
Vəfat tarixi | (22 avqust) 3 sentyabr 1814 | ||||
Vəfat yeri | Nuxa (indiki Şəki) | ||||
Dəfn yeri | Kərbəla | ||||
Milliyyəti | kürd | ||||
Dini | islam, şiə təriqəti | ||||
Həyat yoldaşları | Şərəfnisə bəyim, Səltənət bəyim[1], Gövhər ağa | ||||
Uşaqları | Əhməd xan, İsaq paşa[2] Sara bəyim, İsmayıl xan, Abra xan |
Cəfərqulu xan (?–1814) — 1786–1797-ci illərdə Xoyun, 1806–1814-cü illərdə Şəkinin xanı olmuş şəxs. Şəkinin xanı olarkən Şəki xanlığının Rusiyaya ödəməli olduğu bacı birtərəfli olaraq 7 min çervondan 9 min çervona qaldırmışdır. Xanlıq ərazisində “Xan bağı” adlı bir bağ saldırmış, Nuxada bir möhtəşəm karvansara və bir məbəd tikdirmişdir. Bunlardan başqa, Avropa üslubunda bir qala tikdirmək də istəyirdi, lakin vəfatı səbəbi ilə bu niyyətini həyata keçirə bilmir.
Haqqında məlumatlar
1786-cı ilin fevral ayında əmisi Əhməd xanın öldürülməsindən sonra Xoyun xanı olub.
1797-ci ilin sonunda Cəfərqulu xanın 300 nəfərlə ovda olmasından istifadə edən İran şahının vəliəhdi Abbas Mirzə Xoyu tutaraq Cəfərqulu arvadını, oğlunu girov götürüb. Bundan sonra Cəfərqulu xan öz silahlı dəstəsi ilə Maku qalasına sığınmağa məcbur olur. 1804-cü ildə İrəvan xanı Məhəmməd xanın ona bağışladığı Koroğlu qalasına köçənədək öz qohumu olan Bəyazid paşasının köməyi Maku qalasında mərkəzi hakimiyyətə qarşı müvəffəqiyyətlə dirəniş göstərib. 1804-cü ilin iyun ayında İrəvan qalasının ruslar tərəfindən mühasirəsi zamanı öz silahlıları ilə rusların tərəfində vuruşub və Rusiya təbəəliyini qəbul edib. 1804-cü ilin sentyabrında rus qoşunlarının İrəvandan geri çəkilməsindən sonra 200 nəfərlik silahlı dəstəsi ilə Pəmbək vadisində qalıb. 1806-cı ilin sonunda rus çarının fərmanı ilə Şəkiyə xan təyin olunub.
Vəfatı
3 sentyabr (22 avqust) 1814-cu il tarixdə Nuxada (indiki Şəki) vəfat edib, Kərbəlada dəfn olunub.
Ədəbiyyat=
- Исмаилов Э.Э. Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 35-59. — ISBN 9952-25-001-3.
- "Pərvin xəyyam oğlu Mirzəzadə, Xoy xanlarının nəsil şəcərəsi, Almanach.be, 12.08.2003". 2003-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2003-08-12.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |