Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov | |
---|---|
Əbdülkərimov Şahid Qədir oğlu | |
Şahid Əbdülkərimov | |
Şahid Əbdülkərimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 oktyabr 1938 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 17 iyul 2003 (64 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Dəfn yeri | Şəki, Azərbaycan |
Peşəsi | bəstəkar |
Təhsili |
• Bakı Mədəni-Maarif Texnikumunu, xor dirijorluğu şöbəsi (1957–1960) • M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutu (indiki Mədəniyyət və İncəsənət Universiteti), mədəni-maarif fakültəsi (1961–1966) |
Şahid Əbdülkərimov (1938–2003) — tanınmış mədəniyyət işçisi, həvəskar bəstəkar, xor dirijoru, aktyor, müğənni və tarzən. “Hanı bəs vəfan sənin”, “Təki sən səslə məni” və s. bu kimi məşhur mahnıların musiqilərini bəstələmişdir.
Haqqında məlumatlar
30 oktyabr 1938-ci il tarixdə Nuxa (indiki Şəki) anadan olub.
Təhsili
1948-ci ildən Nuxa şəhər pionerlər evində ustad sənətkar İbad Salmanovdan tar dərsi almağa başlayıb.
1957-ci ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.
1957 – 1960-cı illərdə Bakı Mədəni-Maarif texnikumunun xor dirijorluğu şöbəsində,
1961 – 1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti
1960-cı ildə Zaqatala rayon mədəniyyət evinin bədii rəhbəri,
1961-ci ildə Xırdalan qəsəbə 1 №-li orta məktəbinin musiqi müəllimi,
1963-cü ildən Xırdalan qəsəbə pionerlər evinin direktoru,
1976-cı ildən Şəki Şəhər Tibb İşçiləri Mədəniyyət Evinin direktoru vəzifəsinə təyin edilib.
Yaradıcı fəaliyyəti
Hələ 1956-cı ildə Nuxa rayon mədəniyyət evinin direktoru, tanınmış teatr xadimi, Azərbaycan SSR əməkdar artisti Məmmədkəbir Hacıoğlu Şahid Əbdülkərimovu şəhər mədəniyyət evində fəaliyyət göstərən dram dərnəyinə qəbul etmişdir. Bundan sonra Şahid Əbdülkərimov konsertlərdə tar çalmaqla yanaşı, həm də bir sıra teatr tamaşalarında əsas rollarda çıxış edib.
Bütün ömrü boyu 100-dən artıq mahnı bəstələyib. Onun “Hanı bəs vəfan sənin” mahnısı isə Ümumittifaq səsyazma fondunda patefon valına yazılıb.
Vəfatı
Ömrünün son illərində Şəkinin Qışlaq hissəsindəki məsciddə din xadimi kimi fəaliyyət göstərib.
17 iyul 2003-cü il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Kərimov M. “Təki sən səslə məni”, – Şahid Əbdülkərimov // İpəkçi : qəzet. — Azərbaycan, 2011. — В. 15 mart. — № 2 (2276). — Səh. 3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 4 sentyabr 2021.
- Kərimov M. “Təki sən səslə məni” : [arx. 04.09.2021] // “Mədəniyyət” qəzeti. — 2013. — 2 avqust. — Müraciət tarixi: 04.09.2021.
- Təhmirazqızı S. Şahid Əbdülkərimov // Şəkinin musiqi folkloru. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 144. — Səh.: 134-135. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ş
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış teatr xadimləri
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1938-ci ildə doğulanlar
- 30 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 17 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 2003-cü ildə vəfat edənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəkinin musiqi folkloru” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə