Abdulla bəy Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:42, 14 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Abdulla bəy Əfəndizadə
Abdulla bəy İsmayıl oğlu Əfəndizadə
Abdulla bəy Əfəndizadə
Doğum tarixi 3 mart 1873(1873-03-03)
Doğum yeri Şəki, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı 1928(1928-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Uşağı Ziya bəy
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Pedaqoq, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü

Abdulla bəy Əfəndizadə (Tam adı:Abdulla İsmayıl oğlu Əfəndizadə; d. 3 mart 1873, Şəki - ö. 1928, Bakı) — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, pedaqoq.[1]

Həyatı

Abdulla bəy Əfəndizadə 3 mart 1873-cü ildə Şəki şəhərində anadan olmuşdu. 1880-1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil almış, 1888-1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895-1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır. Şəkidə müəllim işləmişdir. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş və 1899-cu ildə orada təhsilini tamamlamışdı.

Ailəsi

Rəşid bəy Əfəndiyevin qardaşı Abdulla bəyin Ziya bəy adlı oğlu vardır. Əfəndiyev Hikmət Ziyanın babasıdır.

Fəaliyyəti

1898-ci ildə isə Bakıda pedaqoji fəaliyyətə başlamışdır. Həmin illərdə müxtəlif məktəblərdə müəllim və məktəb müdiri vəzifələrində işləmişdir. 1906-cı ildə A.Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I və 1907-ci ildə II qurultaylarında fəal iştirak etmiş, Süleyman Sani Axundov və Fərhad Ağazadə ilə birgə tərtib etdiyi yeni əlifba layihəsini müzakirəyə çıxarmış, onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunan proqram əsasında 1908-ci ildə “İkinci il” dərsliyini yazıb nəşr etdirmişdir. O, Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu”na əsasən Nuxa (Şəki) şəhərindən ADR parlamentinə deputat seçilmişdir. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olmuş, 1919-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan etmişdir.[2]

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilən Əfəndizadə Maarif Nazirliyinin əlifba islahatına dair təşkil etdiyi kommissiyanın tərkibində çalışmışdır. Müzakirəyə təqdim etdiyi əlifba layihəsi komissiya tərəfindən bəyənilmişdir. 1919-cu ildə Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin “Son türk əlifbası” adlı əlifba dərsliyinin nəşrinə icazə verilmişdir. Ədəbi yaradıcılıqla məşğul olmuş Əfəndizadə uşaqlar üçün şeirlər, hekayələr də yazmışdır. Onun 1919-cu ildə Şəkinin "Mədəniyyət" mətbəəsində onun siyasi lirika janrında qələmə aldığı “Ya ölüm, ya Türkiyə” mənzuməsi çox məşhur idi. Abdulla bəy Əfəndizadə Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırdı. Abdulla bəy Əfəndizadə eyni zamanda tərcümə işi ilə də məşğul olmuş, rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini türkçəmizə tərcümə etmişdir. Geniş fəaliyyət, hərtərəfli yaradıcılıq dairəsinə və qabiliyyətinə malik olan Abdulla bəy Şəki folklorunun toplanılması, araşdırılması və təbliği istiqamətində də mühüm işlər görmüşdür. O, topladığı folklor nümunələrini 1894-cü ildə "Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza (SMOPK)" məcmuəsində çap etdirmişdir.

Kitabları

  • Rüstəmin yuxusu, yaxud röyası” (1906);
  • Şagirdlərə hədiyyə” (1914).

Kitabçası

  • "Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə

Şeirləri

  • "Növhə";
  • "Ümid";
  • "Acı həqiqətlər qarşısında böyük ümidvarlılıq";
  • "Qafqaza dəvət".[3]

Haqqında

Onun 1906-cı ildə əvvəl "Dəbistan" jurnalında, daha sonra isə ayrıca kitabça şəklində nəşr edilmiş "Rüstəmin yuxusu" adlı əsərinə XX əsrin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi hərəkatın görkəmli nümayəndəsi, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M.Ə.Rəsulzadə resenziya yazmışdır:

" "Bu mənzumə biz müsəlmanların məişətimizdə ən nazik və ən ağrılı dərdimiz olan dəstəbazlıq və qoçubazlığın bina və əslini və millətimiz arasında cəhl və nadanlıq ucundan cüzi bir şeyin üstə (ki, özgələri o barədə bir-birilərinə söyüş belə deməzlər) özlərini həlakət və fəlakətə sövüq edib böylə bir hərəkəti-dənaətkaranənin adını namus və qeyrət qoyanların biləsəf iştimallarını (əhatə etmək) gözəl bir tərzdə tənqid ediyor. Bu əsər qayət asan bir dil ilə yazılıb "mütəzad" surəti şeriyyəsi ilə tənzim edilmişdir". "

Vəfatı

O, 1928-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Həmçinin bax

İstinadlar

  1. "Abdulla bəy Əfəndizadə 1873-1928 (145 illiyi)". 14 Jan 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Yanvar , 2018.
  2. "Azərbaycanın görkəmli maarifçilər nəsli". 14 Jan 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013.- 9 oktyabr..
  3. "AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR". 14 Jan 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018. 8 iyun.