Nailə Bədəlova
Nailə Bədəlova | |
---|---|
Bədəlova Nailə Məmməd qızı | |
Nailə Bədəlova. | |
Anadan olub | 8 mart 1913 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 27 may 2000 (87 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Həyat yoldaşı | Salman Bədəlov |
Uşaqları | Fərid Bədəlov və Sevil Bədəlova |
Təhsili | Kinomexaniklər kursu (Bakı, –1939) |
Mükafatları |
Nailə Bədəlova (1913–2000) — ilk azərbaycanlı qadın kinomexanik.
Haqqında məlumatlar
8 mart 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1939-cu ildə Bakıda kinomexaniklər kursunu bitirib.
Əmək fəaliyyəti
17 aprel 1939-cu il tarixdən Bakıdakı «Bakkommuna» kinoteatrında təcrübəçi kimi əmək fəaliyyətinə başlayıb və
1 yanvar 1940-cı il tarixdən kinomexanik vəzifəsinə keçirilib.
1941 – 1945-ci illərdə Nuxa şəhərindəki “Yeni yol” kino-teatrında, Nuxa rayonundakı Zəyzit, Kiş, Göynük kinoqurğularında filimlər nümayiş etdirib.
1945 – 1946-cı illərdə Bakı kinostudiyasında,
1948-ci ildə «Bakı» kinoteatrında,
1949 – 1972-ci illərdə Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləyib.
Təltif və mükafatları
- Fəxri fərman – əmək nailiyyətlərinə görə (08.03.1958);
- Fəxri fərman – əmək nailiyyətlərinə görə (05.11.1966);
- “Əməkdə fərqlənməyə görə” medalı (20.11.1967).
Vəfatı
27 may 2000-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.
Digər
2010-cu ildə haqqında məqalə dərc olunmuş bir jurnal və bir qəzet, təltif olunduğu 2 fəxri fərmanın özü və bir medalın vəsiqəsi, 1 fotoşəkli, kinomexanik vəsiqəsi və kinostudiyaya buraxılış vəsiqəsi qızı Sevil Bədəlova tərəfindən Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.
Ailəsi
Həyat yoldaşı Salman Bədəlov Böyük Vətən müharibəsi iştirakçısı olub. Azərbaycan sovet sənədli filmlər rejissoru Niyazi Bədəlov (1909–1997) Salman Bədəlovun qardaşıdır.
Oğlu: Fərid Bədəlov Azərbaycan Politexnik İnstitutunu bitirmiş, Əfqanıstanda və İranda işləmişdir. Vəfat edib.
Qızı: Sevil Bədəlova Bakı Rəssamlıq məktəbini, Moskva Universitetinin incəsənət fakültəsini bitirmiş, R.Mustafayev adına incəsənət muzeyində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləmiş, Qafqaz Universitetinin rəsm bölümünün professoru olmuşdur. 2010-cu ildən Türkiyədə yaşayır.
Ədəbiyyat
- Cəbrayılov M., Ziyadov B. Qanadlanan arzular // Bakı : qəzet. — 1968. — В. 20 may. — Səh. 3.
- Əliyev R. Günəş və gözəllik // Təşviqatçı : jurnal. — 1967. — В. noyabr. — № 22. — Səh. 25–26.
- Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib : [arx. 20.09.2021] // APA. — 2010. — 15 iyul. — Müraciət tarixi: 20.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış kino xadimləri
- 1913-cü ildə doğulanlar
- 8 martda doğulanlar
- Martda doğulanlar
- 27 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə