Məmməd Rəşidov
Məmməd Rəşidov | |
---|---|
Rəşidov Məmməd İsmayıl oğlu | |
Məmməd Rəşidov | |
Doğum tarixi | 1916 yanvar 27 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1988 dekabr 29 |
Vətəndaşlıq | SSRİ |
Məmməd Rəşidov (Rəşidov Məmməd İsmayıl oğlu; d. 1916-cı il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası) –
Haqqında məlumatlar
1916-cı ildə Nuxada anadan olub.
1932-ci ildə orta məktəbi bitirib və Nuxa pedoqoji fəhlə fakültəsinə daxil olub.
Nuxa pedoqoji fəhlə fakültəsində təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Ali Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirib.
1937-ci ildə təhsilini bitirir və Şəkiyə qayıdır.
1937 – 1939-cu illərdə Nuxa Pedoqoji Texnikumunda müəllim və tədris hissəsi üzrə direktor müavini vəzifəsində işləyib.
1939 – 1940-cı illərdə hərbi xidmətdə olub.
1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində zabit kimi iştirak edib, bir sıra orden medallarla təltif olunub.
1945 – 1946-cı illərdə Azərbaycan SSR EA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləyib.
1946–cı ildə aspiranturaya daxil olub.
1947-ci ildə Azərbaycan SSR KP MK-nın göndərişi ilə aspirant təhsilini Moskvada İctimai Elmlər Akademiyasının ədəbiyyat tarixi və nəzərriyyəsi kafedrasının aspiranturasında davam etdirməyə başlayır; lakin orada siyasi təzyiqlərə məruz qalır və baş çatdırdığı namizədlik dissertasiyasını müdafiə etməsinə imkan verilmir.
1952-ci ildə Nuxaya qayıdır.
1953-cü ildən Azərbaycan Pedoqoji İnstitutunun fəlsəfə kafedrasında baş müəllim vəzifəsində işləməyə başlayıb; 1973-cü ildən ömrünün sonuna qədər – 1988-ci ilə qədər isə elmi kommunizm kafedrasında dosent vəzifəsində işləyib, o cümlədən, 1967 – 1974-cü illərdə bu kafedranın ilk partiya təşkilatının sədri olub.
Elmi fəaliyyəti
Bir çox elmi və elmi-tənqidi məqalələrin, əsərlərin, o cümlədən, 1981-ci ildə çap olunmuş “M.Qorki və bədii yaradıcılıq məsələləri” monoqrafiyasının müəllifidir. İnqilab və mədəniyyət, Azərbaycan ədəbiyyatı, Azərbaycan,
Ailəsi
Həyat yoldaşı:
Münəvvər Rəşidova (Qaragözova) Mürsəl bəy qızı (1921 – 2002).
Evladları:
- Rəna Rəşidova (1939 – 2019);
- Rəşad Rəşidov (14 avqist 1946) – 1960-cı ildə Bakı Energetika texnikumuna daxil olub. Hərbi xidmət borcunu yerinə yetirdikdən sobra 1969 – 1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda təhsil alıb. 1979 – 1981-ci illərdə Şəkidə peşə məktəbinin müdiri olub. 1981 – 1985-ci illərdə Şəki Xalq Nəzarəti şöbəsində inspektor işləyib. 1991-ci ildən Şəki şəhərindəki 91 səyli peşə məktəbininin direktoru vəzifəsində işləməyə başlayıb. 2020-ci il üçün Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşıdır.
- Şəmsa Rəşidova
- Namiq Rəşidov
- Mübariz Rəşidov (1951), elmlər namizədidir və Hərbi Akadenmiyanın proffessordur.
- Səadət Zeynalova
- Afaq Rəşidova
- Azər Rəşidov
Bu səhifədə iş davam etməkdədir. |
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).