Məmməd Rəşidov
Məmməd Rəşidov | |
---|---|
Rəşidov Məmməd İsmayıl oğlu | |
Məmməd Rəşidov | |
Doğum tarixi | 27 yanvar 1916 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 29 dekabr 1988 (72 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlıq | SSRİ |
İş yeri | Azərbaycan Pedaqoji İnstitutu |
Elmi adı | dosent |
Təhsili | Nuxa pedaqoji fəhlə fakültəsi (1932 –?); Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (? – 1937); İctimai Elmlər Akademiyasının Ədəbiyyat tarixi və nəzəriyyəsi kafedrası, aspirantura (Moskva) (1947 – ?) |
Mükafatları |
Məmməd Rəşidov (Rəşidov Məmməd İsmayıl oğlu; d. 27 yanvar 1916-cı il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası — ö. 29 dekabr 1988-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alım, bir sıra elmi və elmi-tənqidi məqalələrin, o cümlədən, 1981-ci ildə çap olunmuş “M.Qorki və bədii yaradıcılıq məsələləri” adlı monoqrafiyanın müəllifidir. Azərbaycan Pedaqoji İnstitutunun Elmi kommunizm kafedrasında dosent və s. vəzifələrdə çalışıb.
Haqqında məlumatlar
1916-cı ildə Nuxada anadan olub.
1932-ci ildə orta məktəbi bitirib və Nuxa pedaqoji fəhlə fakültəsində təhsil almağa başlayıb.
Nuxa pedaqoji fəhlə fakültəsini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində davam etdirib.
1937 – 1939-cu illərdə Nuxa Pedaqoji Texnikumunda müəllim və tədris hissəsi üzrə direktor müavini vəzifəsində çalışıb.
1939 – 1940-cı illərdə hərbi xidmətdə olub.
1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində zabit kimi iştirak edib, bir sıra orden medallarla təltif olunub.
1945 – 1946-cı illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləyib.
1946 – 1949-cu illərdə Bakıda aspiranturda təhsil alsa da, 1949-cu ildə Moskvadakı İctimai Elmlər Akademiyasınına qəbul olunduğuna görə aspirant təhsilini yarımçıq buraxıb.
1952-ci ildə Nuxaya qayıdıb.
1957-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında baş müəllim vəzifəsində işləməyə başlayıb; 1973-cü ildən ömrünün sonuna qədər – 1988-ci ilə qədər isə Elmi kommunizm kafedrasında dosent vəzifəsində çalışıb, o cümlədən, 1967 – 1974-cü illərdə bu kafedranın ilk partiya təşkilatının sədri olub.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
Mənbə
- Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 464-465.
- Ş
- 1916-cı ildə doğulanlar
- 27 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 29 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1988-ci ildə vəfat edənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Azərbaycan alimləri
- Nuxada doğulanlar