Səadət Zeynalova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Səadət Zeynalova
Zeynalova (Rəşidova) Səadət Məmməd qızı
Səadət Zeynalova
Səadət Zeynalova
Doğum tarixi 16 iyun 1954 (1954-06-16) (70 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi german dilləri, türk dilləri
İş yeri AMEA, Rəyasət Heyətinin nəzdində Xarici dillər kafedrası
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu

Səadət Zeynalova (Zeynalova (Rəşidova) Səadət Məmməd qızı; d.  16 iyun 1954, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, filologiya üzrə elmlər doktoru, AMEA Rəyasət Heyətinin nəzdində Xarici dillər kafedrasının professoru.

Haqqında məlumatlar

1954-cü ildə Nuxa şəhərində anadan olub.

1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

1973 – 1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun alman dili fakültəsində ali təhsil alıb.

1979 – 1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun aspiranturasında german dilləri üzrə aspirant təhsili alıb.

1986-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

1996-cı ildə dosent elmi adını alıb.

2011-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

2014-cü ildə professor elmi adını alıb.

1 doktorant və 1 dissertantın elmi rəhbəridir.

Azərbaycanda və digər ölkələrdə nəşr olunan 70-ən çox elmi əsərin, 1 monoqrafiya, 2 dərs vəsaitinin (alman dilində) və 5 dərs proqramın müəllifidir.

Alman dilində 3 sənədlər toplusunun və 1 kataloqun tərtibcisi, həmmüəllifi və tərcüməçisidir. O cümlədən, Yaqub Mahmudovun «İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi» alm. DAS KHANAT IREVAN: Russische Invasion und Umsiedlung der Armenier in die nordaserbaidschanischen Gebiete. Baku: Gesellschaftliche Vereinigung der aserbaidschanischen Historiker 2019, 592 S.)‎ və «Real tarix və “Böyük Ermənistan” uydurması» (alm. DIE WAHRE GESCHICHTE und die Fiktion über "Großarmenien". Baku: Turkhan, 2020, kitablarının alman dilinə tərcüməçisi və korrektorudur‎.

Əvvəlki əsas iş yerləri və elmi-pedaqoji fəaliyyəti

  • AEA-nın Rəyasət Heyətinin nəzdindəki Xarici dillər kafedrası, alman dili üzrə müəllim, baş müəllim, dosent (02/1987 – 09/2005);
  • AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun German və roman dilləri elm-tədris sektorunun tədris-tədqiqat şöbəsinin dosenti (09/2005 – 12/2008);
  • AMEA-nın Rəyasət Heyətinin nəzdindəki Xarici dillər kafedrasının dosenti (01/2009 – 07/2012);
  • AMEA-nın Rəyasət Heyətinin nəzdindəki Xarici dillər kafedrasının professoru (07/2012 – 10.02.16);
  • AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Tərcümə və nəşriyyat işləri şöbəsinin aparıcı elmi işçisi (0,5 ştat)və AFR-in Xarici İşlər Nazirliyinin Siyasi, Federal və Prussiya Mədəni İrsi Məxfi Dövlət arxivlərində tədqiqat işləri aparan AMEA Tarix İnstitutunun “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi üzrə təşkil olunmuş elmi işçi qrupun rəhbəri (09/2012 – 09/2017);
  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Humanitar və ictimai elmlər şöbəsində baş məsləhətçi (03/2016 – 08/2016);
  • AR Prezidenti yanında AAK, Humanitar və ictimai elmlər şöbəsinin müdir müavini, – 1-ci dərəcəli dövlət qulluqçusu ixtisası (08/2016 – 03.07.2017);
  • AR Prezidenti yanında AAK, İnformatika və analitik tədqiqatlar şöbəsinin müdir müavini, – 1-ci dərəcəli dövlət qulluqçusu ixtisası (03/2017-01.11.2018).

Əlavə məlumatlar

Əvvəlki digər iş yerləri və elmi-pedaqoji fəaliyyəti
  • Qərb Universiteti, Xarici dillər kafedrası, dosent (əvəzç.) (09/1992 – 07/1993);
  • Azərbaycan Dillər Universiteti, Alman dilinin fonetikası, qrammatikası və dil tarixi kafedrasının dosenti (0,5 ştat) (09/1994 – 07/1997);
  • AFR, Berlin, Aleksandr fon Humboldt Fondunun laureatı. V. fon Humboldt Universiteti, Alman Dili və Linqvistika İnstitutu; Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzində dəvət olunmuş professor (birgə layihə işlərinin yerinə yetirilməsi, doktorluq dissertasiyasının müasir metodlarla tədqiqi) (07/1997 – 03/1999);
  • Azərbaycan Dövlət Neft Akademiyası, AFR-in Siegen Universitetinin maşınqayırma fakültəsinin dosenti (müqavilə) (02/2004 – 06/2006);
  • AzərTAC-ın xarici dillərdə informasiya baş redaksiyasının alman dili bölməsinin müdiri (müqavilə) (09/2010-10/2011);
  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya üzrə ekspert şurasının üzvü (03/2011 – 03/2014);
  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya üzrə ekspert şurasının sədr müavini (03/2014 – 03/ 2016).
Xarici ölkələrdə elmi fəaliyyəti
  • Berlin, Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzi; V.fon Humboldt-Universiteti, Alman Dili və Linqvistika İnstitutu (3 ay) DAAD (Alman Akademik Mübadilə Xidmətinin) elmi qrantı, dəvət olunmuş professor (10/1995 – 01/1996);
  • Berlin, V. fon Humboldt Universitetinin Alman Dili və Linqvistika İnstitutu; Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzi. AFR, Aleksandr fon Humboldt Fondunun laureatı. Birgə elmi layihələrdə iştirak üçün və doktorluq dissertasiyası ilə bağlı müasir eksperimental-fonetik tədqıqatların aparılması üçün dəvət olunmuş professor (1 il 9 ay) (07/1997 – 03/1999);
  • Berlin, V.fon Humboldt-Universitetinin Alman Dili və Linqvistika İnstitutu; Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzi. AFR, AvH-Fondunun fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (07/2002 – 09/2002);
  • Potsdam Universiteti, Germanistika İnstitutu Münhen Universiteti, Fonetika və Dil Kommunikasiya İnstitutu, Digital səslərin tədqiqatı kafedrası Berlin, Azad Universiteti, German və Niderland Filologiyası İnstitutu DAAD-nin 2-ci fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (08/2003 – 10/2003);
  • Vyana Universiteti, İndogermanistika İnstitutu (dövlətlərarası müqavilə əsasında; 1 ay, dəvət olunmuş professor (06/2004);
  • Berlin, Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzi. AFR-in AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (1 ay) (08/2004)
  • Vyana, Avstriya Elmlər Akademiyası, Səslərin Tədqiqatı İnstitutu (dövlətlərarası müqavilə əsasında; 3 ay, dəvət olunmuş professor (06/2006 -08/2006);
  • Berlin, V. fon Humboldt Universitetinin Alman Dili və Linqvistika İnstitutu (1 ay ) AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (09/2006);
  • Leypsiq Universiteti, Linqvistika İnstitutu. Berlin Azad Universiteti, Türkologiya İnstitutu Berlin, V. fon Humboldt Universiteti, Alman Dili və *Linqvistika İnstitutu. DAAD-nin 3-cü fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (08/2008 -10/2008);
  • Berlin, V. fon Humboldt-Universitetinin Alman Dili və Linqvistika İnstitutu (1 ay), AFR-in AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (09/2010); *Berlin, Azad Universiteti, Türkologiya İnstitutu, Berlin, V.fon Humboldt Universiteti, Alman Dili və Linqvistika İnstitutu DAAD-nin 4-cü fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (06/2011-09/2011);
  • Berlin,V.fon Humboldt-Universitetinin Alman Dili və Linqvistika İnstitutu. AFR, AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (1 ay) (09-10/2011);
  • Berlin, V.fon Humboldt-Universitetinin Alman Dili və Linqvistika İnstitutu. AFR, AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (1 ay) (10/2012);
  • AFR-in Xarici İşlər Nazirliyinin Siyasi, Federal və Prussiya Mədəni İrsi Məxfi Dövlət arxivlərində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri (11/2012);
  • AFR-in Xarici İşlər Nazirliyinin Siyasi və Federal arxivlərində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri (04/2013; 10/2013);
  • Berlin V.fon Humboldt-Universitetinin Alman Dili və Linqvistika İnstitutu. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun “3-cü Mobillik qrantı” müsabiqəsinin qalibi (1 ay) (04/2013; 10/2013);
  • Berlin, AFR-in Xarici İşlər Nazirliyinin Siyasi, Federal arxivlərində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri (02/2015; 07/2015);
  • Köln Universiteti. Alman Dili və Ədəbiyyatı İnstitutu. DAAD-nin 5-ci fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (07/2015-09/2015);
  • Berlin, AFR-in Xarici İşlər Nazirliyinin Siyasi arxivində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri(09/2017);
  • Berlin, AFR, Freie Universität, German və Niderland Filologiyası İnstitutu AvH-Fondunun dəstəyi ilə işgüzar səfər (1 ay)(08/2018 – 09/2018);
  • Berlin, AFR, Azad Universiteti, Türkologiya İnstitutu DAAD-nin 6-ci fərdi elmi qrantı (3 ay), dəvət olunmuş professor (07/2019-09/2019);
  • AFR-in Xarici İşlər Nazirliyinin Siyasi arxivində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri (12/2019).
Beynəlxalq elmi qruplarda üzvlüyü
  • İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Varşava) (2007- 2010);
  • İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Şanxay) (2011-2015) ;
  • İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Palermo) (2016-2021).

Təltiflər və qrantlar

  • DAAD - Alman Akademik Mübadilə Xidməti − Bonn, Berlin, Potsdam, Leypsiq, Münhen, Köln (1995, 2003, 2008, 2011, 2015, 2019)
  • Aleksandr fon Humboldt Fondunun laureatı − Bonn, Berlin (1997-1999, 2002, 2004, 2006, 2010, 2011, 2012, 2018 )
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun “3-cü Mobillik qrantının”qalibi − 2014 (Berlin)
  • Avstriya Elmlər Akademiyası. Vyana Universiteti – Vyana (2004, 2006).

Ailəsi

Ailəlidir, iki övladı var.

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
Telli bəyim Cəfər ağa qızı Şəkixanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
Rəşidov İlkin
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə