Mübariz Rəşidov
Mübariz Rəşidov | |
---|---|
Rəşidov Mübariz Məmməd oğlu | |
Mübariz Rəşidov | |
Mübariz Rəşidov | |
Doğum tarixi | 12 avqust 1952 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Nuxa |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi adı | professor |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Mübariz Rəşidov (Rəşidov Mübariz Məmməd oğlu; d. 12 avqust 1952, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, texnika elmləri namizədi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi Hərbi Dəniz Taktikası kafedrasının professoru.
Haqqında məlumatlar
1952-ci ildə Nuxa şəhərində anadan olub.
1959−cu ildə Nuxadakı 10 saylı məktəbin birinci sinfinə gedib. 1961-ci ildə ailəsi Bakıya köçdüyünə görə orta təhsilini Bakıda – 39 saylı məktəbdə davam etdirib.
1969-cu ildə orta məktəbi bitirərək V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1973-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
1973 − 1974-cü illərdə təyinat üzrə Salyan şəhərindəki 27 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyib.
1974 − 1975-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.
1975 − 1976-cı illərdə “Sistemli idarəetmənin elmi-tədqiqat və informasiya mərkəzi”ndə (Moskva) riyaziyyatçı-proqramçı işləyib.
1977 − 1979-cu illərdə Azərbaycan ET və Layihə Neft İnstitutunun aspiranturasında təhsil alıb.
1980 − 1985-ci illərdə Azərbaycan ET və Layihə Neft İnstitutunun Hesablama texnikası şöbəsində kiçik elmi işçi,
1985 − 1988-ci illərdə Dövlət ET “Dənizneftqazlayihə” institutunda böyük elmi işçi,
1988 − 2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Avtomatika, telemexanika və elektronika” kafedrasında dosent vəzifələrində işləyib.
2002-ci ilin sentyabrından Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin Hərbi Dəniz Taktikası kafedrasında çalışır, əvvəl dosent vəzifəsi tutmuş, 2011-ci ildən isə professor vəzifəsi daşımaqdadır.
Elmi fəaliyyəti
1982-ci ildə İvano-Frankovsk Neft və Qaz institutunun Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi alıb.
1989-cu ildə baş elmi işçi (ixtisas üzrə) elmi adını, 1990-cı ildə Avtomatika, telemexanika və elektronika kafedrası üzrə dosent elmi adını, 2019-cu ildə isə Hərbi dəniz taktikası kafedrası üzrə professor elmi adını alıb.
Bir namizədlik və 50-dən çox magistr dissertasiyasına rəhbərlik edib, 3 nəfərin elmi məsləhətçisi olub. On iki dissertasiya işinin rəsmi opponenti və altı sayda elmi-texniki layihənin mövzu rəhbəri olub.
Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış “Maddələrin, materialların və məmulatların nəzarət cihazları və üsulları” elmi seminarının üzvü kimi dissertasiyaların müzakirələrində iştirak edib.
Əldə etdiyi bəzi elmi nəticələr və ixtiralar SSRİ-nin, o cümlədən Azərbaycanın neft mədənlərində yüksək iqtisadi səmərə ilə tətbiq olunmuşdur.
Texniki sistemlərdə avtomatik idarəetmə, informasiya texnologiyaları, döyüş fəaliyyətinin modelləşdirilməsi və optimal idarə edilməsi ixtisasları üzrə 104 elmi və metodik əsərin, o cümlədən, 2 monoqrafiyanın, 20 ixtiranın, 19 dərslik, dərs vəsaitinin və texniki proseslərin avtomatlaşdırılması üzrə bir-sıra rəhbər sənədin müəllifidir.
Dünyanın bir sıra qabaqcıl elmi mərkəzlərində keçirilən müxtəlif simpozium və konfranslarda Azərbaycanın elmi ictimaiyyətini təmsil edib.
Elmi işləri
- Рашидов Мубариз Мамед оглы. Оптимальное управление процессами глубиннонасосной нефтедобычи при неполной априорной информации : ил РГБ ОД 61:85-5/2986. (диссертация).
- Аливердизаде Керим Салим оглы, Байрамов Сардар Байрам оглы и Амиров Рагим Гюльахмед оглы (15 sentyabr 1987). "Привод скважинной насосной установки". Авторское свидетельство СССР №548726 (русский). patents.su. İstifadə tarixi: 7.03.2020.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).