Şəmsa Rəşidova
Şəmsa Rəşidova | |
---|---|
Rəşidova Şəmsa Məmməd qızı | |
Şəmsa Rəşidova | |
Doğum tarixi | 18 may 1948 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Nuxa |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | həkim-pediatr |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Elmi dərəcəsi | tibb elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1968 – 1974) |
Şəmsa Rəşidova (Rəşidova Şəmsa Məmməd qızı; d. 18 may 1948, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı həkim-pediatr, tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetində yoluxucu xəstəliklər kafedrasının (ictimai səhiyyə fakültəsi) dosenti.
Haqqında məlumatlar
1948-ci ildə Nuxa şəhərində anadan olub.
1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
1968 – 1974-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb.
İş yerləri və vəzifələri
1974 – 1975-ci illərdə Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasında internatura keçib və pediatr ixtisasına yiyələnib.
1975 – 1976-cı illərdə M.Əzizbəyov adına doğum evində neonatoloq,
1976 – 1985-ci ilərdə Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasında əvvəl həkim-ordinator, sonra isə şöbə müdiri vəzifələrində çalışıb.
1985-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun “Uşaq yoluxucu xəstəlikləri” kafedrasına assistent vəzifəsininə seçilib.
1999-cu ildən dosent vəzifəsində çalışmağa başlayıb.
2016-cı ildə Pediatriya fakultəsinin ləğv olunması ilə əlaqədar olaraq, Yoluxucu xəstəliklər kafedrasına keçirilib və bu kafedrada dosent vəzifəsində çalışır.
Elmi fəaliyyəti
1990-cı ildə Rusiya TEA-nın Pediatriya İnstitutunun dissertantı olub.
1996-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb.
4 dərs vəsaitinin, 11 tədris-metodik vəsaitin, Azərbaycanda və digər ölkələrdə çap olunmuş 117 elmi tezis və məqalənin müəllifidir.
Rusiya, Gürcüstan,Almaniya, Ukraina və Azərbaycanda elmi konqress və konfranslarda iştirak edib.
Əlavə məlumat
1977 – 1980-cı ilərdə Azərbaycan Səhiyyə Nazirliyinin təqdimatı ilə Az.TV-də “Sağlamlıq” jurnalının aparıcısı olub.
1989-cu ildə Moskvada M.İ.Piroqov adına 2-ci Dövlət Tibb İnstitutunda “Müəllimlərin ixtisas aptırma” fakultəsində üçaylıq kurs keçib.
1998, 2001, 2005-2006-cı illərdə, hər dəfə 3 ay müddətində Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) qrantları ilə Berlində Humboldt adına Universitetdə elmi ezamiyyətdə olub və Charite-Virchow klinikasında əmək təcrübəsi əldə edib.
1998 – 2013-cü ilədək Azərbaycanda AAMX-nun nəzdində Tibb sahəsi üzrə seçim rəhbəri və imtahan komissiyasının sədri olub.
2001 – 2003-cü illərdə ATU–nun Xarici Dillər kafedrasında Dövlət imtahanlarında İmtahan Komissiyasının sədri olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Çap olunmuş elmi iş və məqalələri
- Rəşidova Ş.M. Erkən yaşlı uşaqlarda CVH-nın müalicə prinsipləri tədris metodik vəsait, – Bakı 2009.
- Rəşidova Ş.M., Qaragözova A.A. Uşaqlarda nadir rast gələn infeksion xəstəliklərin diferensial diaqnostikası tədris metodik vəsait, – Bakı 2014.
- Hüseynova N.M., Rəşidova Ş.M., Qaragözova A.A., Bağırova M.H. Uşaqlarda qəbzliyin müalicəsində laktoloza preparatlarının effektivliyi, – “Sağlamlıq jurnalı” 2016, № 2.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).