Şəmsa Rəşidova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:54, 17 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şəmsa Rəşidova
Rəşidova Şəmsa Məmməd qızı
Şəmsa Rəşidova
Şəmsa Rəşidova
Doğum tarixi 18 may 1948 (1948-05-18) (76 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi həkim-pediatr
İş yeri
  • Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının (ictimai səhiyyə fakültəsi) dosenti;
  • Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasının 1-ci neyroinfeksiya şöbəsinin konsultantı.
Elmi dərəcəsi tibb elmləri namizədi
Elmi adı dosent
Təhsili Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1968 – 1974)

Şəmsa Rəşidova (Rəşidova Şəmsa Məmməd qızı; d.  18 may 1948, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının (ictimai səhiyyə fakültəsi) dosenti, həkim-pediatr, Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasının 1-ci neyroinfeksiya şöbəsinin konsultantı.

Haqqında məlumatlar

1948-ci ildə Nuxa şəhərində anadan olub.

1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

1968 – 1974-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb.

1974 – 1975-ci illərdə Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasında internatura keçib və pediatr ixtisasına yiyələnib.

İş yerləri və vəzifələri

1975 – 1976-cı illərdə M.Əzizbəyov adına doğum evində neonatoloq,

1976 – 1985-ci ilərdə Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasında əvvəl həkim-ordinator, sonra isə şöbə müdiri vəzifələrində çalışıb.

1985-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun “Uşaq yoluxucu xəstəlikləri” kafedrasına assistent vəzifəsinə seçilib.

1999-cu ildən dosent vəzifəsində çalışmağa başlayıb.

2016-cı ildə Pediatriya fakültəsinin ləğv olunması ilə əlaqədar olaraq, Yoluxucu xəstəliklər kafedrasına keçirilib və bu kafedrada dosent vəzifəsində çalışır.

Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasının 1-ci neyroinfeksiya şöbəsinin konsultantıdır.

Elmi fəaliyyəti

1990-cı ildə Rusiya TEA-nın Pediatriya İnstitutunun dissertantı olub.

1996-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb.

4 dərs vəsaitinin, 11 tədris-metodik vəsaitin, Azərbaycanda və digər ölkələrdə çap olunmuş 117 elmi tezis və məqalənin müəllifidir.

Rusiya, Gürcüstan, Almaniya, Ukrayna və Azərbaycanda elmi konqres və konfranslarda iştirak edib.

Çap olunmuş elmi iş və məqalələri

  • Rəşidova Ş.M. Erkən yaşlı uşaqlarda CVH-nın müalicə prinsipləri tədris metodik vəsait, – Bakı 2009.
  • Rəşidova Ş.M., Qaragözova A.A. Uşaqlarda nadir rast gələn infeksion xəstəliklərin diferensial diaqnostikası tədris metodik vəsait, – Bakı 2014.
  • Hüseynova N.M., Rəşidova Ş.M., Qaragözova A.A., Bağırova M.H. Uşaqlarda qəbzliyin müalicəsində laktoloza preparatlarının effektivliyi, – “Sağlamlıq jurnalı” 2016, № 2.

Əlavə məlumat

1977 – 1980-cı illərdə Azərbaycan Səhiyyə Nazirliyinin təqdimatı ilə Az.TV-də “Sağlamlıq” jurnalının aparıcısı olub.

1989-cu ildə Moskvada M.İ.Piroqov adına 2-ci Dövlət Tibb İnstitutunda “Müəllimlərin ixtisasartırma” fakültəsində üçaylıq kurs keçib.

1998, 2001, 2005 və 2006-cı illərdə, hər dəfə 3 ay müddətində Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) qrantları ilə Berlində Humboldt adına Universitetdə elmi ezamiyyətdə olub və Charite-Virchow klinikasında əmək təcrübəsi əldə edib.

1998 – 2013-cü ilədək Azərbaycanda AAMX-nun nəzdində tibb sahəsi üzrə seçim rəhbəri və imtahan komissiyasının sədri olub.

2001 – 2003-cü illərdə ATU–nun Xarici dillər kafedrasında dövlət imtahanları üzrə İmtahan Komissiyasının sədri olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bir övladı var – Pirverdiyeva Fidan Rafiq qızı (1983-cü il təvəllüdlü), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin böyük məsləhətçisi, Dövlət Qulluğunun müşaviridir.

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
Telli bəyim Cəfər ağa qızı Şəkixanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
Rəşidov İlkin
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər

İstifadə edilmiş mənbə

Şablon:Yaxşı məqalə