Namiq Rəşidov
Namiq Rəşidov | |
---|---|
Namiq Məmməd oğlu Rəşidov | |
Namiq Rəşidov | |
Doğum tarixi | 14 iyun 1950 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Nuxa |
Vətəndaşlıq | SSRİ→ Ukrayna |
Elm sahəsi | fizika |
İş yeri | Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Universitetinin bitki fiziologiyası və biokimyası kafedrasının müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin mühazirəçi, Ukrayna Milli Elmlər Akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun elmi işlər üzrə müdir köməkçisi və həmən institutun Signal Sistemlərin Biofizikası laboratoriyasının rəhbəri |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Təhsili |
|
http://rashidov.arbat.name/ |
Namiq Rəşidov(Rəşidov Namiq Məmməd oğlu; d. 4 iyun 1950, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, biologiya elmləri doktoru, Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Universitetinin bitki fiziologiyası və biokimyası kafedrasının müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin mühazirəçi, Ukrayna Milli Elmlər Akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun elmi işlər üzrə müdir köməkçisi və həmən institutun Signal Sistemlərin Biofizikası laboratoriyasının rəhbəri.
Haqqında məlumatlar
1950-ci ildə Nuxada anadan olub.
1958-ci ildə Nuxa 10 sayli məktəbin birinci sinfinə gedib. 1961-ci ildə ailəsinin Bakiya köçməsi ilə əlaqədar orta təhsilini Bakıda – 39 sayli məktəbdə davam etdirib.
1968 – 1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində oxuyub.
1973 – 1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Radiasiya Tədqiqatları Bölməsində baş mühəndis vəzifəsində çalışıb.
1976 – 1979-cu illərdə Ukrayna SSR EA Bitki Fiziologiyası İnstitutunun aspiranturasında təhsil alıb.
1982 – 1989 illərdə Azərbaycan SSR Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında və Azərbaycan Dövlət Universitetində işləyib.
1983-cü ildə Moskvada – SSRİ Elmlər Akademiyasının Biofizika İnstitutunda, radiobiologiya sahəsi üzrə namizədlik dissertasiyası müvəffəqiyyətlə müdafiə edib.
1994-cü ildə Kiyevdə – Ukrayna Milli Elmlər Akademiyasının Onkologiya və Radiobiologiya İnstitutunda, doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
1996-cı ildən Ukrayna Milli Elmlər akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun Signal Sistemlərin Biofizikası laboratoriyasının rəhbəridir.
1999-cu ildən Taras Şevçenko adına Kiyev Milli Universitetinin mühazirəçisidir.
2005-ci ildən Ukrayna Bioresurslar və Təbiətdən İstfadə Universitetinin (2008-ci ilədək: Ukrayna Milli Aqrar Unuversiteti) bitki fiziologiyası və biokimyası kafedrasının müdiridir.
400 dən artıq elmi işin (monoqrafiya, məqalə, patent və sair) müəllifidir və bir çox beynəlxalq elmi layihələrdə fəal iştirak edib. Amerika və Avropada həyata keçirilən çox sayda konqres, konfrans və simpoziumlarda mühazirə ilə çıxış edib.
Ukrayna Milli Radasının Əhalinin Şüalanmadan Qoruma Komitəsinin üzvüdür. Çernobıl qəzasından sonra yaranmış fəsadların aradan qaldırılması istiqamətində fəaliyyətinə və xidmətlərinə görə Ukrayna Çernobl Cəmiyyətinin “Xidmətə görə” (2013) və “2-сi dərəcəli ÇAES xatirəsi” (2016) ordenləri ilə təltif olunub.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).