Rüfət Əhmədov
Rüfət Əhmədov | |
---|---|
Əhmədov Rüfət Yunus oğlu | |
Rüfət Əhmədov | |
Rüfət Əhmədov. | |
Doğum tarixi | 1949 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | +2002 |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1966–1971) |
Elmi rəhbəri | k.e.d. Z.Ə.Sadıxov |
Rüfət Əhmədov (1949–+2002) — kimya elmləri namizədi, dosent.
Haqqında məlumatlar
1949-cu ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1966-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.
1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin kimya fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
1985-ci ildə “İzobutilenin metil və 2,5 dihallogenstirallarla birgə polimerlərinin özlülük aşkarı kimi sintezi və təbliği” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
16 məqalənin və bir müəlliflik şəhadətnaməsinin müəllifidir.
Əmək fəaliyyəti
1971-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət universitetində işləyib; o cümlədən,
1985-ci ildən laboratoriya müdiri vəzifəsində çalışıb.
1980-cı illərin sonlarından Şəki şəhər 8 №-li rus orta məktəbinin direktoru, ixtisasartırma kursunun direktoru, Şəki Pedaqoji Texnikumunda müəllim və s. vəzifələrdə işləmişdir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əhmədov Rüfət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 200-201. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1949-cu ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə