Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

İsmayıl Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:04, 16 noyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İsmayıl Hacıyev
Hacıyev İsmayıl Cövdət oğlu
İsmayıl Hacıyev
İsmayıl Hacıyev.
Şəxsi məlumatlar
Doğum tarixi 18 noyabr 1949 (1949-11-18) (74 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan və Flag of Canada.svg
Peşələri kompozitor və bəstəkar

Təhsili

 • Azərbaycan Dövlət Konservatoriyası, musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası (1969–1973);

 • Leninqrad Dövlət Konservatoriyası (1975–1981)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2009

İsmayıl HacıyevAzərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar və dirijor, Niaqara Müsiqi Festivalı «İpək yolu» kamera orkestrinin baş dirijoru və «İpək yolu» Komitəsınin sədri, Kanadadakı Heydər Əliyev Mərkəzinin prezidenti. Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin oğludur, 1999-cu ildən Kanadada yaşayır.

Haqqında məlumatlar

18 noyabr 1949-cu il tarixdə Bakıda anadan olub.

Təhsili

1973-cü üldə Azərbaycan Dövlət Konservatoriyasını musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası üzrə bitirib.

1975 – 1981-ci illərdə Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik bəstəkarlıq ixtisası üzrə təhsil alıb.

Əmək və yaradıcılıq fəaliyyəti

1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv olub. Elə bu ildən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başlayıb.

1981 – 1985-ci illərdə D.D.Şostakoviç adına Leninqrad filarmoniyasında(ru) dirijor köməkçisi vəzifəni tutub; o cümlədən,

1981 – 1983-cü illərdə filarmoniyanın bədii rəhbəri və simfonik orkestrinin baş dirijoru Aleksandr Dmitriyevin(ru) dirijor köməkçisi,

1983 – 1985-ci illərdə isə filarmoniyanın bədii rəhbəri və simfonik orkestrinin baş dirijoru, SSRİ xalq artisti Yevgeni Mravinskinin(ru) dirijor köməkçisi olub.

1985-ci ildə Azərbaycanda «İlham» adlı klassik və müasir musiqi kamera orkestrini yaradıb. Bu orkestr ilə bütün dünyanı gəzib və çoxsaylı uğurlu tamaşalar verib.

2001-ci ildə Kanadada «İpək Yolu» Kamera Orkestrini qurub. Bu orkestrlə Toronto, Ottava və Niaqara-on-te-Leykdə çıxışlar edib.

Təltif və mükafatları

Ailəsi

  • Atası – Cövdət Hacıyev, bəstəkar, Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR xalq artisti.
  • Anası – Əminə Dilbazi, məşhur rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.
  • Bacısı – Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi.