Zenfira İsgəndərova
Zenfira İsgəndərova | |
---|---|
İskəndərova Zenfira İskəndər qızı | |
Zenfira İsgəndərova. | |
Doğum tarixi | 25 oktyabr 1950 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA Radiasiya Problemləri İnstitutu (aparıcı elmi işçi) |
Elmi dərəcəsi | kimya elmləri namizədi |
Elmi adı | dosent |
Elmi rəhbəri | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1968–1973) |
Zenfira İsgəndərova — kimya elmləri namizədi, dosent, AMEA Radiasiya Problemləri İnstitutun aparıcı elmi işçisi.
Haqqında məlumatlar
25 oktyabr 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1968-ci ildə Nuxa şəhər 10 №-li orta məktəbi bitirib.
1968 – 1973-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
1983-cü ildən Azərbaycan SSR EA Radiasiya Tədqiqatları Sektorunun dissertantı olub.
1989-cu ildə “CO2- Hidrogen sistemində ionlaşdırıcı şüaların təsiri ilə baş verən zəncirvari reaksiyaların kinetikasının eksperimental tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1997-ci ildə ona radiasiya kimyası ixtisası üzrə baş elmi işçi (dosent) diplomu verilib. 35-i xarici ölkədə və 30-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 63 elmi əsərin müəllifidir. 4 müəlliflik şəhadətnaməsi alıb.
Əmək fəaliyyəti
1973 – 1977-ci illərdə “Azərelektroişıq” zavodunun elmi laboratoriyasında mühəndis işləyib.
1977-ci ildən Azərbaycan SSR EA Radiasiya Tədqiqatları Sektorunda/AMEA Radiasiya Problemləri İnstitutunda işləyir; o cümlədən, əvvəl mühəndis, sonra kiçik elmi işçi, daha sonra elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifəsini tutub.
İkinci iş yerləri
1995 – 2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində,
2009 – 2014-cu illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dərs deyib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. İsgəndərova Zenfira // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 280-281. — 1.000 nüsx.
- Radiasiya Problemləri İnstitutunun fəlsəfə doktorları : İskəndərova Zenfira İskəndər qızı : [arx. 20.11.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 20.11.2021.