Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Zenfira İsgəndərova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Zenfira İsgəndərova
İskəndərova Zenfira İskəndər qızı
Zenfira İsgəndərova
Zenfira İsgəndərova.
Doğum tarixi 25 oktyabr 1950 (1950-10-25) (71 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Radiasiya Problemləri İnstitutu (aparıcı elmi işçi)
Elmi dərəcəsi kimya elmləri namizədi
Elmi adı dosent
Elmi rəhbəri S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1968–1973)

Zenfira İsgəndərova — kimya elmləri namizədi, dosent, AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

25 oktyabr 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1968-ci ildə Nuxa şəhər 10 №-li orta məktəbi bitirib.

1968 – 1973-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1983-cü ildən Azərbaycan SSR EA Radiasiya Tədqiqatları Sektorunun dissertantı olub.

1989-cu ildə “CO2- Hidrogen sistemində ionlaşdırıcı şüaların təsiri ilə baş verən zəncirvari reaksiyaların kinetikasının eksperimental tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1997-ci ildə radiasiya kimyası ixtisası üzrə baş elmi işçi (dosent) elmi adını alıb. 35-i xarici ölkədə və 30-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 63 elmi əsərin müəllifidir. 4 müəlliflik şəhadətnaməsi var.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1973 – 1977-ci illərdə “Azərelektroişıq” zavodunun elmi laboratoriyasında mühəndis işləyib.

1977-ci ildən Azərbaycan SSR EA Radiasiya Tədqiqatları Sektorunda/AMEA Radiasiya Problemləri İnstitutunda çalışır; o cümlədən, əvvəl mühəndis, sonra kiçik elmi işçi, daha sonra elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifəsini tutub.

İkinci iş yerləri[redaktə | HTML redaktə]

1995 – 2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində,

2009 – 2014-cu illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dərs deyib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. İsgəndərova Zenfira // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 280-281. — 1.000 nüsx.
  2. Radiasiya Problemləri İnstitutunun fəlsəfə doktorları : İskəndərova Zenfira İskəndər qızı : [arx. 20.11.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 20.11.2021.