Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Arzu Məmmədnəbi-İnceer

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:49, 20 dekabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Arzu Məmmədnəbi-İnceer
Arzu Qurban qızı Məmmədnəbi (Məmmədnəbiyeva)
Arzu Məmmədnəbi-İnceer
Arzu Məmmədnəbi-İnceer, 2019-cu il.
Doğum tarixi 1 avqust 1974 (1974-08-01) (50 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili Şəki Tibb Məktəbi (1991–1994)
Atası Qurban Məmmədnəbiyev
Anası Məxmər
Həyat yoldaşı Osman İnceer
facebook səhifəsi

Arzu Məmmədnəbi-İnceer — rəssam-fotoqraf və keramist, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən “Lefkoşa Arapahmet Art Stüdyo”nun rəssamı. Xeyriyyəçilik fəaliyyəti ilə də tanınır.

Haqqında məlumatlar

3 oktyabr 1973-cü il tarixdə Şəkidə anadan olub.

Təhsili

1980 – 1990-cı illərdə M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində,

1991 – 1994-cü illərdə isə Şəki Tibb Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

1994-cü ildən sonra əvvəlcə bir müddət Şəkidəki tibb müəssisəsində,

2001 – 2003-cü illərdə isə qadınlar üçün təşkil olunmuş kompüter kursunda işləyib.

2003-cü ildə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən sığorta şirkətində rus dili üzrə tərcüməçi işləməyə dəvət olunub.

2017-ci ildən Kiprdəki “Lefkoşa Arapahmet Art Stüdyo”da rəssam işləyir.

Yaradıcılığı

Kiprdə müxtəlif vaxtlarda təşkil olunmuş fotoqrafiya, keramika və rəsm sərgilərində 3 dəfə öz əsərlərini nümayiş etdirib.

Yaradıcılığından nümunələr

İdman fəaliyyəti

Kikboksinq qara kəmər sahibidir. 2015-ci ildə idman karyerasını başa vurub.

Ailəsi

Bioloji atası tanınmış teatr rəssamı Söhrab Arabov, bioloji anası isə Məxmər adlı bir qadın olub. Lakin 4 aylığında Arzudan imtina edərək Kirovabad (indiki Gəncə) uşaq evinə təhvil vermişdilər.

1977-ci ildə isə Liyozə Məmmədnəbiyeva adlı Şəki şəhər sakini Arzunu övladlığa götürmüşdür. Liyozə Məmmədnəbiyeva heç vaxt ailə qurmamışdı. O, Arzunun atasının adını Qurban, təvəllüdünü isə 1 avqust 1974-cü il yazdırıb. Liyozə Məmmədnəbiyeva 1991-ci ildə vəfat edib və Arzu 17 yaşında kimsəsiz qalıb.

2004-cü ildə Arzu Kiprdə Osman İnceerlə ailə qurub.